Əxlaqi tərəqqinin yolları

Tərbiyə ayı daxil oldu

Rəcəb ayı insan yetişdirən aydır.


Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
.
İmam Muhəmməd Baqir əleyhissalam sədaqətli və təqvalı səhabəsi Cabir Cöfiyə buyurdu:
"Ey Cabir, yaşadığın zamanın sənə qarşı beş şeyini özünə qənimət bil.
1- Əgər camaatın içində olsan tanınmayasan.
.
(Yəni çalış ki, məşhurlaşmayasan, sənin adi insan kimi yaşamağın böyük qənimətdir.
Əslində bu xüsusiyyət, yəni məşhurlaşmaq dünyapərəstlərin xüsusiyyətidir. Onlar daima çalışırlar ki, özlərini reklam etsinlər və özlərini hamıya tanıtdırsınlar.
Amma həqiqi mömin alimlər çalışırlar ki, az tanınsınlar. Camaatın nəzərində olmasınlar. Çünki onların məqsədi yalnız Allah Taalanın razılığını qazanmaqdır.)
.
2- Camaatdan (camaatın gözündən) kənar olanda səni axtarmayalar.
.
( Yəni səni mühüm adam bilmədiklərinə görə sən heç kimi maraqlandırmırsan. İnsanlar o kəslərlə maraqlanırlar ki, ondan dünya mənfəəti güdürlər. Bununla da insan çox rahat halda ömür sürə bilər.)
.
3- Camaat içində hansısa bir məsələ müzakirə edilərsə heç kim səndən məsləhət istəməsin.
.
(Çünki zamanın insanlar adətən fəsad və batil məsələləri üzrə toplaşırlar, bir də ki, onlar başqa mühüm bir hadisəyə görə də cəmləşsələr belə onlara elə məsləhətlər lazım olur ki, onların yalnız dünyalarına aid olsun, onlara axirətə faydalı olan məsləhətlər maraqlı deyil.)
.
4- Əgər məcbur olub bir söz və nəzər desən heç kim sənin sözünü qəbul etməsin.
.
(Çünki sən camaata məsləhət verməli olsan deyəcəksən ki, ay camaat Allahdan qorxun və günah etməyin. Həmçinin hansısa işin səbəbi barədə səndən soruşsalar onların çətinliyə düşmələrinin səbəbini onların günah etmələrində görəcəksən. Onlar isə adət ediblər ki, hər ziyan və zərərin səbəbini özlərində yox, başqalarında axtarsınlar)
.
5- Sənin ürəyin hansı qızı istəyərsə onunla evlənə bilməyəsən.
.
(Çünki dünya adamları qızlarını elə adamlara vermək arzusundadırlar ki, o kürəkəndən özləri daha çox fayda götürsünlər, istər malından ya vəzifəsindən ya gücündən ya da nüfuzundan. Yəni insanlar qızlarını dünyaya xatir ərə verirlər, Allaha xatir yox.
Bir çox qızlar özləri də elə bir kişi ilə ünsiyyət qurmağa meyllidirlər ki, həmin kişi bunlara dünya mənfəəti versin, onun pulu və qüdrətinin olması qızlar üçün önəmlidir.
Sən isə Allaha xatir evlənmək istəyirsən)
.
Tuhəful uqul 291-ci səhifə
Biharul ənvar 75-ci cild 162-ci səhifə
Ənvarul bəhiyyə 143-cü səhifə
Mustədrəku səfinətul bihar 3-cü cild 217-ci səhifə
Mausuətul mustəfa vəl itrəti 8-ci cild142-ci səhifə
 

baxılıb: 197 dəfə