Əxlaqi tərəqqinin yolları

Vaxtdan düzgün istifadə

Sual: Tədqiqatçılar deyirlər: “Dünya əhalisinin əksəriyyəti öz iş və vaxtlarından düzgün və səmərəli istifadə etmirlər.”

Sualımız bundan ibarətdir ki, vaxtdan düzgün istifadə etməməyin səbələri hansılardır?!

Cavab:

Vaxt və işdən düzgün, faydalı və səmərəli istifadə etməməyin bir çox səbəbləri vardır, o cümlədən:

1- Proqramsızlıq və plansız işlər

2- Həyatda birincilikləri və prioritetləri nəzərə almamaq;

-məsələn, bilmir ki, qonaq getsin ya bazara getsin

3- Yaşayışda qətiyyət, əzm və səbatın olmaması.

Həyatında , yəni fərdi, ailə və ictimai işlərdə qətiyyət və əzmkarlığı olmayan insanlar vaxtdan düzgün istifadə etmirlər, həmçinin onlar faydalı və səmərəli işlər görməyə bacarıqsızdırlar.

4- Bu budaqdan başqa budağa keçmək;

-məsələn, televizorun kanallarını o tərəf bu tərəfə çevirir yaxud maşında o mahnıdan bu mahnıya keçir. Bir işdə sabit qalmır.

5- Daima keçmişdə, yəni vatxilə baş vermiş hadisələrin təəssüfünü çəkmək.

İşləri gücləri yalnız vaxtlarını keçmişdə baş vermiş işlərin təəssüf və peşmançılığına sərf etməklə keçirən insanlar heç bir faydalı və səmərəli işdən yapışa bilmirlər.

6- Yorğunluq, halsızlıq və süstlük

-İnsan vaxtdan və işdən düzgün istifadə etməyəndə daima yorgun və halsız olur, ona görə də belə insan faydalı və səmərəli iş görə bilməz. Əksinə gümrah, qıvraq və qüvvətli insanlar həmişə faydalı və səmərəli işlər görürlər, vaxtlarından düzgün istifadə edirlər.

7- İnsanda şəxsi nizam intizamın olmaması;

Xüsusilə də verdiyi sözə əməl etməyənlər, dediyi vaxtda görüş yerinə gəlməyənlər, tez-tez yalan danışan insanlardan faydalı və səmərəli işlər ummaq avamlıqdır.

8- Bu günün işini sabaha keçirməyə adət etmək

9- Bihudə, əbəs və mənasız söhbətlərin xəstəsinə çevrilmiş insanlar faydalı və səmələri işlər görməyə qadir deyillər. Onlar yalnız boş-boş və nəticəsiz söhbətlərin həvəskarıdırlar.
Sevimli Peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur: “Mömin heç vaxt faydasız işlərə baş qoşmaz.”

10- İş görmək əvəzinə oyun və əyləncələrə meyilli olmaq.

Təsadüfi deyildir ki, hər gün televizorda yayımlanan hər on filmin doqquzu əyləncə və baş qatmaq məqsədilə yayımlanır. Deməli, kinolara baxmağın ifrat həvəskarı olan insanlar da vaxtlarından düzgün istifadə etmirlər, eləcə də onların gördükləri işlər faydalı və səmərəli ola bilməz.

baxılıb: 286 dəfə