Əxlaqi tərəqqinin yolları

Həyat müəllimimiz "KARANDAŞ"

Biz xoşbəxt olmaq üçün həyatda hər şeydən nümunə götürməyi bacaqmalıyıq. Elə götürək KARANDAŞı, Sizcə, karandaşdan nə dərs ala bilərik?!

1- Karandandan şəkil çəkmək üçün istəfadə olunur.
Karandaşla çox böyük işlər görmək olar, misli olmayan rəssamlıq əsərləri yaratmaq olar...
Amma bundan ötürü gərək rəssam ən bacarıqlı və ən istedadlı ola.
Səncə, bu, kim ola bilər?!
Düz tapdın. Əlbəttə ki, Allah Taala!
Əgər sən iradəni Allaha tapşırsan, Allah səni ən düz və gözəl yola yönəldəcək.
Və sən, həyatda ali bir canlı əsər yaradacaqsan.

2- Karandaş bəzən yazıdan əl çəkməlidir, 
səncə nə üçün? 
Düz tapdın, yontanmağa ehtiyacı var.
Bu yontanma karandaşa çətin və əziyyətlidir, çünki onun dərisi(qabığı) soyulur...
Amma nəhayətdə, karandaş yenidən iti, bacarıqlı ... olur.
Sən də bilməlisən ki, daha yaxşı insan olmaq və ali canlı rəssamlıq əsəri yarada bilmək üçün həyatda çətinliklər və əziyyətlərə dözməlisən...

3- Karandaş həmişə onun çəkdiyi şəkilin səhv yerlərinin rəssam tərəfindən pozan(silgi) ilə silinməsinə icazə verir.
Elə isə bil ki, sən ali hədəflər ardıncasan, həyatda səhvlərinin olacağı labüddür.
Bu səhvlərdə inad və tərslik etmə, səhvlərini boynuna alaraq onları düzəltməyə çalış.
Bu, səni öz yolunda daha da qüvvətləndirəcək...

4- Karandaşda karandaşın qabığı və taxtası o qədər də deyil, 
karandaşda çox mühüm olan onun içindəki kömürdür.
Elə isə bil ki, içindən, daxilindən, ruhundan, mənəviyyatından daha çox ehtiyatlı olmalısan, ruhi və mənəvi ehtiyaclarını təmin etməlisən.
Əxlaqını, Etikanı, Ədəbini, Tərbiyəni düzəltləməli, gözəlləşdirməli, kamilləşdirməlisən.

5- Karandaş gec tez qurtarır, həyatla vidalaşır. 
Amma ondan yadigar qalan onun yatardığı əsərlər, buraxdığı izlərdir.
Sən də bil ki, sənin həyatda etdiyin hər bir işin iz saxlayır,
ona görə də çalış ki, etdiyin hər bir işdə ayıq və diqqətli olasan,
işin hər tərəfi ilə tanış olduqdan və onun əhəmiyyətini dərk etdikdən sonra ağıl ilə onu yerinə yetirəsən.


Allah Taala xoşbəxt olmaq istəyən hər kəsi xoşbəxt etsin.
Allah Taala bizlərə elə ağıl və bəsirət nəsib etsin ki, həyatda hər bir şeydən ibrət götürə və dərs ala bilək!

baxılıb: 930 dəfə