Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -7

İradəni zəiflədən yeddinci səbəb


İradəni zəiflədən səbəblər
.
7- Keçmiş məğlubiyyətlər və uğursuzluqlar
.
İnsanın təbiəti belədir ki, hər hansı bir işində uğur və nailiyyət qazanarsa, bu müvəffəqiyyət həmin insanda ümid ruhunu, daxili sevinci və bacarıq hissini gücləndirir. Beləliklə də bu şəxs güclü və möhkəm iradəyə malik olur. Ancaq öz işində uğursuzluq və məğlubiyyətə rast gəldikdə ümidsizlik və tənbəlliyə düçar olur, nəticədə iradəsi zəifləyir.
İnsanın iradəsinin zəifləməsinə səbəb olan amillərdən biri də keçmişdə bir-birinin ardınca baş vermiş uğursuzluqlar və məğlubiyyətlərdir.
Belə ki, insan hər dəfə məğlub olduqda onun bacarıq hissi və iradəsi sürətlə zəifləyir, ümidsizlik hissi ona hücum edir. Yaddan çıxarmayaq ki, böyük günahların içində Allaha şərik qoşmaqdan sonrakı ən böyük günah ümidsizlikdir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
اعظم البلاء انقطاع الرجاء
“Ən böyük bəla və müsibət ümidlərin qırılmasıdır.”
Qurərul hikəm83-cü səhifə
.
Başqa bir hədisdə imam Əli əleyhissalam buyurur:
فی القنوط التفریط
“Ümidsizliyin içində tənbəllik və səhlənkarlıq vardır.”
Biharul ənvar 77-ci cild 211-ci səhifə
.
Bu halın baş verməməsi üçün hər bir insan aşağıdakı qızıl qaydanı əzbər bilməlidir;
“Biz vəzifə və məsuliyyətimizi (boynumuza düşən öhdəçiliyi) yerinə yetirməliyik, nəticənin fikrində olmamalıyıq.”
Əgər biz bu qızıl qaydanı həmişə nəzərdə saxlasaq işlərimizin məğlubiyyət və uğursuzluqla nəticələnməyinə görə narahat olmayacağıq. Əgər biz üzərimizə düşən vəzifə və məsuliyyəti düzgün və vicdanla yerinə yetirmişiksə, deməli qalib gəlmişik.
Yox, əgər işlərimizdəki uğursuzluq və məğlubiyyətin səbəbi bizim tənbəlliyimiz və səhlənkarlığımız olmuşdursa, onda tövbə etməklə və Allahdan bağışlanma istəməklə bu müşkülü həll edə bilərik. Çünki Allah Taala tövbə edənlərin və tövbə etdikdən sonra yaxşı işlərlə məşğul olanların günahlarını savablara çevirəndir.
Mühüm olan sizin məğlubiyyətiniz yox, əksinə tənbəl və səhlənkar olmamağınızdır. Əgər işlərinizdə səy və təlaş etmisinizsə, deməli işiniz nəticəsiz olmamışdır. Ən azından, siz təcrübə toplamış olursunuz.
Tarixə baxanda da görürük ki, həyatda ən yüksək dərəcələrə yüksəlmiş insanlar ən çox səhv edənlər olmuşlar. Onlar hər səhvlərini özləri üçün bir pilləkən pilləsi qərar vermiş və beləcə ucalmışlar.
- Futbol ulduzu Pele 30.000 (otuz min) zərbə vurmuş onun yalnız 1281-i qol olmuşdur.
- Avraam Linkoln 1861-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilənə qədər Əyalət, Konqress və Senatın seçkilərində səkkiz (8) dəfə məğlub olmuşdur.
Elə isə, çalışmaq və zəhmətdən soyumayın, işlərinizdə düzgün fikirləşin, ağıllı insanlardan məsləhət alın. Yeni-yeni fəaliyyətlər ardınca olun, yalnız vəzifəniz və boynunuza düşən məsuliyyətləri nəzərə alın.
İnanın ki, həyatda uğur qazanmış digər insanlar kimi sizin də vücudunuzda gizli bacarıq və istedadlar vardır, bunları üzə çıxarsanız həyatda ən böyük uğurlar, nailiyyətlər və müvəffəqiyyətlər qazanacaqsınız.
 

baxılıb: 312 dəfə