Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -3

Musiqi

Şəriətə əsasən musiqi iki növdür. Birinci növ “mətrabə” adlanır, bu növ musiqi haram musiqilərdəndir. Mətrabə sözü lüğətdə “hədsiz və ifrat şadlıq” mənasınadır. Lakin istilahi mənada mətrabədən məqsəd “musiqini dinləyən şəxsin ixtiyarsız olaraq dəyişməsidir”. Həmçinin “mətrabə” insanı Allahdan uzaqlaşdıran və əxlaqdan çəkindirən musiqilərdir. Bu qəbildən olan musiqilər insanda məstlik də yaradır.

Xülasə, birinci növ musiqi haram musiqilərdir.

İkinci növ isə halal musiqilərdir, başqa sözlə mətrabə olmayan musiqilərdir. Lakin halal musiqilərlə də çox ünsiyyətdə olmaq, onlara tez-tez qulaq asmağı sevmək insanın iradəsinə mənfi təsir edir.

Deməli, halal musiqiləri çox dinləməyin insanın iradəsinə mənfi təsirləri vardır. Musiqi insanda xəyal qüvvəsini həyəcana gətirir, həqiqəti görməni (dərk etməni) tədriclə insandan uzaqlaşdırır. Onun yerini isə xəyalpərəstlik tutur. Əzmkarlıq və iradə zəifləyir.

Musiqi insanın təbiəti və nəfsinə uyğun gəldiyinə görə musiqini dinləmək adama xoş gəlir. Ancaq musiqi tədriclə insandan ciddiliyi alır, eyni zamanda insanı yüngül, qeyri-ciddi və zarafata meyilli edir.

Gün ərzində saatlarla musiqi dinləyən insan həyatın zəruri məsələlərindən tamamilə kənarda qalır və musiqi onun üçün ən əhəmiyyətli məsələyə, həm də onun adətinə çevrilir.

Əxlaq ustadları buyurublar: “İnsanın iradə və əzmini zəiflədən və onları insandan qoparan şeylərin içində mahnılara çox qulaq asmaq qədər pis səbəbkar yoxdur.”

Əmirəlmöminin Əli əleyhissalam buyurur: “İmanli insan (muqisi kimi) faydasız işlərdən uzaqdır, çünki o daima çalışmaq və ciddiliklə məşğuldur.”

Məşhur tarixşi Məsudi özünün “murucuz zəhəb” kitabında yazır: “Bəni Üməyyə xəlifələrindən birinə ( Mütəvəkkilə) xəbər verdilər ki, şəhərə bir kişi və bir qadın müğənni gəlib, çalıb oxumaqları ilə insanları yoldan çıxarırlar, onları cəzalandırmazsa bütün şəhəri ələ alacaq və camaatı əyyaş edəcəklər. Mütəvəkkil göstəriş verdi ki, onların hər ikisini tutub onun yanına gətirsinlər.

Onları xəlifənin yanına gətirdikdə müğənni kişi dedi: Axı bizim günahımız nədir? Biz gözəl musiqilərin müşayiəti ilə gözəl mahnılar oxuyuruq.

Mütəvəkkil dedi: Elə isə, oxuyun görüm nə oxuyursunuz?

Onlar çalıb oxumağa başladı. Saray əhalisi gördülər ki, xəlifə də onlara qoşulub başını və ayaqlarını oynadır...”

Bəli, musiqi həvəskarı olmaq insanın ixtiyarını onun əlindən alır, insanı ciddilikdən uzaqlaşdırır. Əzm və iradəsini zəiflədir.

Gününü virtual oyunlara sərf edən, musiqi kimi baş qatan və insanı reallıqlardan uzaqlaşdıran şeylərə həris olan insanlar düşüncə və dərk etmədən məhrum olacaqlar.

Məşhur alimlərdən olan Aleksis Karl “Həyatın yol və üslubu” kitabında yazır: “Təcrübə sübut etmişdir ki, musiqi dinləməyə başı qızışmış insanların əksəriyyəti iradəsiz və səhlənkardırlar, düşünmədə zəifdirlər, onların həyatda nəzərə çarpan tərəqqiləri yoxdur.”

baxılıb: 207 dəfə