Əxlaqi tərəqqinin yolları

İradəni zəiflədən səbəblər -1

1- Nəfsin istəklərinə son dərəcə çox diqqət etmək

Cismin və ruhun ehtiyaclarına diqqət etmək və onlara əhəmiyyət göstərmək həyatın zəruri məsələsidir. Onlara diqqət etmədikdə çoxlu çətinliklər və əziyyətlər insanı yaxalayar. Bu mövzuda ən mühüm məsələ cismi və ruhi ehtiyacların cavabı zamanı hədd və əndazəyə riayət etməkdir. Çünki ehtiyacların ödənilməsi lazım olan qədərindən çox olduqda insanı bir sıra zərərlərə düçar edir. Həmin zərərlərin biri də iradənin zəifləməsidir. Əzm və iradənin zəifləməsi insanı həyat sınaqları qarşısında aciz və cəsarətsiz edir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Nəfsinin istəyi güclənən şəxsin iradəsi zəifləyər.” (Qurərul hikəm 79590-cu hədis)

Yuxu hər bir insanın zəruri ehtiyaclarındandır. Lakin çox yatmağın insana ziyanları vardır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

كثرة النوم مذهبة للدين والدنيا

“Çox yatmaq insanın dünya və axirətini puç (xarab) edir.”

əl-Kafi 5-ci cild 84-cü səhifə

.

Həmçinin yemək və qida insanın həyati ehtiyaclarındandır, ancaq yemək və içməkdə həddi açmaq müxtəlif zərər və ziyanlarla nəticələnir.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

إياكم وفضول المطعم فإنه يسم القلب بالقسوة

ويبطي بالجوارح للطاعة ، ويصم الهمم عن سماع الموعظة

“Çox yeməkdən çəkinin, çünki çox yemək ürəyi sərtləşdirir (insanı rəhmsiz edir), bədən üzvlərini Allaha iaətdə tənbəlləşdirir, düşüncəni isə moizə və nəshətləri dərk etməkdən saxlayır (insan nəsihətləri dərk etmir).”

Biharul ənvar 69-cu cild 199-cu səhifə

.

Şəhvət və ehtiraslara tabe olmaq insanı şəhvətlərin əsirinə çevirir, halbuki insanın tərəqqi və inkişafı, eləcə də iradəsinin qüvvətli olması onun ifrat şəhvətlərdən çəkinəcəyi halda mümkün olar. Əgər biz iradə zəifliyinə düçar olmaq istəmiriksə gərək bütün istələrimizdə etidal həddini, yəni normanı və orta həddi qoruyaq, nəfsin sərhədsiz istəkləri ilə müxalifətçilik edək. Beləliklə də biz nəfsin müxtəlif ziyanlarından, xüsusilə iradənin zəifliyindən amanda olacağıq.

baxılıb: 228 dəfə