Əxlaqi tərəqqinin yolları

İxlasda tərəddüd

İxlas və riyadan uzaqlaşmada çox ehtiyatlı olmaqla yanaşı bəzən bu hal ifrata varıb tərəddüdə çevrilir.

 Çox vaxt yolun əvvəlində olanlar bu şübhələrə qapılırlar. Belə olduqda şübhəyə etina etmək olmaz. Bu cür təsəvvürləri xatırlamaqla narahat olmağımız riyanın olmamasını göstərir. Bu, bizi düz yoldan azdırmaq üçün şeytanın növbəti hiyləsidir.

Peyğəmbər(s)-dən belə nəql olunur:

«Əgər bir şəxs namaz qılarkən şeytan onu riya ilə aldadarsa, imkanı çatdığı qədər namazını uzatsın. Həmçinin uxrəvi (axirətə aid) bir işlə məşğul olduğu zaman, şeytanın (vəsvəsəsinə) şübhəsinə uymayıb öz işini davam etsin. Amma əlindəki iş dünyəvi olarsa, yubanmadan onu tərk etsin....»

Başqa bir hədisdə deyilir:

Peyğəmbər (s)-ə «Ey Allahın Rəsulu, bizlərdən bəzimiz oruc və ya namaz halında olarkən şeytan bizi şübhələndirib riyaya sövq edir,»-söylədikdə o Həzrət (s) buyurdu:

«Nə vaxt belə olsa, deyin: İlahi! Bilə-bilə sənə şərik qoşmaqdan pənah gətirirəm və bilməməzlikdən etdiyim əməllərə görə səndən bağışlanmaq diləyirəm.

 

İxlasın amilləri:

1) «Yəqin ixlasın mənşəyidir.»

2) «İxlas yəqinin meyvəsidir.»

3) «Əməlin saflığı qətiyyət və gözəl düşüncədən irəli gəlir.»

4) «İnsanın ixlası onun imanı ilə ölçülür.»

5) «İxlas elm və mərifətin təzahürüdür.»

6) «İxlasın əsası yalnız Allaha ümidvar olmaqdır.» 

7) “Əməllərinin saf olması üçün arzulara az qapıl.

8) “İxlas ibadətin bəhrəsidir.”

Bir sözlə, ixlas yəqin, iman, elm, yalnız ulu Tanrıya bağlanmaq, arzuları azaltmaq və ibadətin məhsuludur.

baxılıb: 426 dəfə