Əxlaqi tərəqqinin yolları

Həccin hikmətləri

Həcc mövsümü yaxınlaşır


Həccin hikmət və sirrlərindən bəzilərini qeyd edirik ki, kim Həccə gedəcəksə, ya da kimin tanışı və qohumu Həccə gedəcəksə bu sirlər və batin ilə tanış olsun, Həccin hikmət və fəlsəfəsini anlasın.
Allah Taala hamını Həccini qəbul eləsin, onları kamil insan olmaqda müvəffəq eləsin.
Həccin batini niyyətləri
Həccin zahiri niyyətlərindən başqa daxili yəni qəlbdən keçən niyyətlər də var.
Həccin həqiqəti və fəlsəfəsi bu batini sirrlərdədir:
1- Miqata gələndə:

İlahi, mən sənin evini ziyarət etməyim üçün lazım olan şəraiti əldə etmək məsədilə bu MİQATA gəlmişəm.
.
2- Tikili paltarlarını çıxaranda:
İlahi, mən bu tikili paltarlarımı çıxardığım kimi Bu andan etibarən qəlbimdən Riya, Nifaq və Şübhələrə daxil olmağı çıxarıram.
.
3- Qüsl alanda:
İlahi, mən günah və xatalarımdan qüsl alıram.
.
4- Ehram paltarını geyinəndə:
İlahi, mən günah və xatakarlıq paltarını əynimdən çıxartdım, Sənə itaət paltarıni geyindim.
.
5- Miqatda Şəcərə məscidində 2 rəkət namaz qılanda:
İlahi, əməllərin ən yaxşısı olan namaz ilə sənə yaxınlaşıram.
.
6- Təlbiyə(ləbbeyk) deyəndə:
İlahi, bu andan etibarən agzımdan yalnız sənin razı oldugun sözlər çıxaracam, bütün günah sözlərdən çəkinəcəm.
.
7- Məkkəyə çatıb Məscidulharama daxil olduqda:
İlahi, bütün müsəlmanların qeybətini həmişəlik özümə haram etdim.
.
8- Təvaf edəndə:
İlahi, Mələklər göydə təvaf etdiyi kimi mən də yerdə təvaf edirəm. İlahi, məni Səndən uzaqlaşdıran insanlardan Sənə tərıf qaçıram.
.
9- Məqami İbrahimin arxasında duranda:
İlahi, mənə vacib etdiyin bütün əməllərdə belə əzmlə duracam.
.
10- Təvaf namazı qılanda:
İlahi, Həzrət İbrahimin namaz qıldıği yerdə mən də namaz qılaraq şeytanın burnunu yerə sürtürəm.
.
11- Səva və Mərvə arasında səy edəndə:
İlahi, mən Ümid ilə Qorxu arasındayam.
.
12- Ərəfatda:
İlahi, mən indi başa düşdüm ki, dünyanın həqiqəti bu çöl kimidir. İlahi, özünü mənə tanıtdir və icazə ver Hərıminə daxil olum.
.
13- MəşərülHəramda(Müzdələfədə):
İlahi, Təqva şüarını qəlbimə daxil etdim, Şeytanla mübarizə üçün silahlanıram.
.
14- Minaya çatanda:
İlahi, mən Minaya çatdım və həqiqətdə arzularıma çatdım, Kaş bütün insanlar arzularına çatsınlar. Artıq bütün insanıar mənim əlim, dilim və qəlbimdən amandadırlar.
.
15- Şeytana daş atanda:
İlahi, İblisi və onun istər insan istər cinlərdən olan şeytan qoşununu daşqalaq etdim.
.
16- Qurban kəsəndə:
İlahi, tamahımın boynunu kəsdim, insanların əllərində olanlarda daha gözüm yoxdur.
.
17- Başı qırxdıranda:
İlahi, Mən bütün günah niyyətlərimi başımdan çıxartdım. Artıq günahsızam.
.
İlahi, Muhəmməd və Ali Muhəmməd xatirinə məni müvəffəq et ki, bu günahsızlıgımı saxlaya bilim.

baxılıb: 486 dəfə