Əxlaqi tərəqqinin yolları

Qeybət -1

Qeybət etməkdən uzaq olaq.

Qeybət

Böyük günahlardan hesab olunan dilin ziyanverici bəlalarından biri də qeybətdir. Qeybət başqasının arxasınca deyilən pis və xoşagəlməz sözə deyilir. Ümumi tərif kimi hesab olunan bu ifadə qeybətin növlərinə-böhtana, töhmətə, ifk, söyüş və aşkar eybləri söyləməyə şamil edilir, halbuki bunlardan hər birinin özünəməxsus tərifi olub şəriət nəzərindən xüsusi hökmə malikdir. Onların hamısı qeybət hesab olunmur. Qeybət sözünün lüğəvi mənası ümumi xarakter daşıyır və bəzən hədislərdə də belə olur.

Qeybət fiqh alimlərinin təfsirində

Fəqihlər qeybətə müxtəlif təriflər vermişlər. Bu təriflər forma cəhətdən müxtəlif olsa da, məzmun baxımından eynidir. Burada mövzunu araşdırmaq və bir-birindən seçmək nəzərindən məzmunlar oxşardır. Başqa bir ifadə ilə desək, fəqihlər qeybətə məntiqi tərif vermək niyyətində olmamışlar ki, bir qeydin az və çoxluğu mənanın dəyişilməsinə səbəb olsun. Əksinə, fəqihlər bu qeydləri sadalayıb qeybətin əlamətlərinə zahiri tərif verməklə adətən, onlarla zahirən qarışıqlığı düşən töhmət, ifk, söyüş, eyibaxtarma, məsxərəyə qoymaq, təhqir, hörmətsizlik, dillə əziyyət vermək, dedi-qodu və s. kimi oxşar hallardan ayırmaq istəmişlər ki, qeyd olunan bütün bu xüsusiyyətlər şəri, hüquqi təsir və xüsusi hökmlərlə özünə məxsus bir tərzdə qavranılsın. Yuxarıda qeyd olunan amillərin hamısı böyük günah hesab olunur, lakin onların haramlığı qeybət olduqlarına görə deyil. Bu günahlardan hər birinin özünəməxsus günah dərəcəsi vardır. Bunlar cərimə və kəffarəsinə (günahını bağışlatma) görə fərqlənirlər. Məsələn, əgər bir kəs hər hansı bir möminin aşkar eybini və ya aşkar günahlarını deyərsə, günaha batmış olur, amma eyibaxtarma və dedi-qodu kimi olunan qeybətin günahı yuxarıda qeyd olunan qeybətin günahından fərqlidir. Başqa bir misal: Bir başqasının arxasınca onda olmayan xüsusiyyəti ona aid edən, yaxud söyüb nalayiq sözlər deyən qeybət etdiyinə görə yox, töhmət və nalayiq söz dediyi üçün günahkar sayılır. İnsan bir əməllə bir neçə günah işlədə bilər, yəni belə bir şəxs qeybət, töhmət, eyibaxtarma, söyüş və hörmətsizliyi bir sözdə, bir yerdə cəmləşdirib günaha batmış olur. Təbii ki, bunun günahı daha ağır və daha böyükdür. Buna görə də fəqihlərdən hər biri bir və ya bir neçə qeydi zikr etməklə qeybətin hökmünün həddini təyin etmişlər. Əlbəttə, yuxarıda qeyd olundu ki, kamil bir məntiqi tərif söyləyərək bir qeydi artırıb-azaltmaqla onu başqa təriflərdən ayırmaq əsas məqsəd deyildir.

Buna görə də demək olar ki, qeybət həmin lüğəvi məfhum olan və fəqihlərin xüsusi şərtlərlə o məfhuma işarə etdikləri vahid bir mənaya malikdir. Lakin qeyd etmək lazımdır ki, qeybətin haramlıq məsələsində fəqihlər onun bütün nümunələrində vahid bir nəzərə malik deyillər. Onlardan bəziləri onun haramlığında bir qeydi artırmış və bəzisi də bir qeydi azaltmışdır. Xülasə, bu qeydlər hökmün şərtləridir, nəinki mövzunun meydana gəlmə şərti, yəni bu qeydləri artıranlar qeybətin haramlığının bu qeydlərin baş verən surətdə olmasına inanırlar. Bundan qeyri surətdə fərz edək ki, əgər qeybət doğru olarsa, haram olmur. Belə ki, əgər başqa cəhətdən yəni töhmət, söyüş, əziyyət kimi haram olarsa, bunun qeybətə heç bir dəxli yoxdur. Hər halda fəqihlərin söylədikləri qeyd və şərtlər aşağıdakılardan ibarətdir:

1.Qeybət sirri ifşaetmə xüsusiyyətinə malik olsun. Buna əsasən aşkar eyibləri, günahları danışmaq qeybət sayılmır. Hörmətsizlik, təhqir və ya pis mənada dedi-qodu olduğuna görə qadağan olmasına baxmayaraq, mümkündür bu günahın dərəcəsi ilə uyğun olmasın.

 

baxılıb: 487 dəfə