Əxlaqi tərəqqinin yolları

Şükürün mərtəbələri

Əxlaq dərslərinin birinci səthinin Şükür mövzusu

1. Bütün nemətlərin Allah Taala tərəfindən olduğunu bilmək, bizə çatan nemətlərdə bütün vasitələrin belə Onun iradəsiylə olduğuna etiraf etmək. Kim bu mərhələni dərk edərsə, deməli şükrün birinci və ən uca mərtəbəsini icra etmişdir.

Necə ki, həzrət Musa əleyhissalam barədə nəql edilmişdir ki, münacatda belə dedi: “İlahi, Öz qüdrətinlə Adəmi yaratdın, onu cənnətdə yerləşdirdin, Həvvanı ona həyat yoldaşı etdin, mən Sənin şükrünü necə edim?!

Allah tərəfindən xitab gəldi: ey Musa, bu nemətlərin Məndən olmasını bilməyin və dərk etməyin şükürdür.”

Bu növ mərifət təqdis (Allahı müqəddəs bilmək) mərhələsindən və hətta tövhidin bir sıra mərtəbələrindən yüksəkdir. Çünki bu, onların hər ikisinin lüzumu tanımaq və bilməkdir.

Təqdisin həqiqəti budur ki, Allah Taalanı hər bir nöqsandan, eyibdən, qüsurdan uzaq biləsən.

Tövhidin isə həqiqəti budur ki, Allah Taaladan başqa müqəddəs varlıq yoxdur.

Mərifətin isə həqiqəti budur ki, aləmdə olanların hamısı, eləcə də insana verilən bütün memətlər Allahdandır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 “Kim “subhanAllah” desə o şəxsə 10 savab yazılar. Kim “la ilahə illAllah” desə o şəxsə 20 savab yazılar. Kim “əlhəmdu lillah” desə o şəxsə 30 savab yazılar.

Çünki “subhanAllah” Allahın təqdisinin təsdiqidir, “La İlahə illAllah” Tövhidə dəlalət edir. “əlhəmdu lillah” isə nemətin Allah tərəfindən olduğuna mərifətin göstəricisi və təsdiqidir.”

Camius Saadat 3-cü cild 234-cü səhifə

 

2. Allah Taalanın verdiyi nemətə xüzu və təvazö ilə (zahir və batin ilə) sevinmək, yəni həmin nemətin qəlbdə, zehində və əməldə təcəssümü şükürün başqa bir mənasıdır.

 

3. Allah Taalanı sitayiş, mədh və tərif etmək şükürün başqa bir mənasıdır.

 

4. Özünü, cismini, məqamını və malik olduğu hər bir şeyi Allah Taalanın razılığı yolunda istifadə etmək və onları Allah Taalanın razılığı olmayan cəhətdə istifadəyə qoymamaq şükürün başqa bir mənasıdır.

Başqa sözlə desək: Allahın verdiyi neməti Onun istəmədiyi yerdə sərf etmək nemətə küfr etmək və nankorluqdur.

baxılıb: 647 dəfə