Əxlaqi tərəqqinin yolları

Şükür və təşəkkür etməyin həqiqət və mahiyyəti

Əxlaq dərslərindən

Hər bir nemətin şükürü həmin nemətə uyğun olmalıdır. Məsələn: Başçı olmağın şükürü ədalətdir, varlı olmağın şükürü öz var-dövlətindən ehtiyaclı insanlara verməkdir, sağlamlığın şükürü cəmiyyət üçün çalışmaqdır, alimliyin şükürü həmin elmi insanlara öyrədməkdir və.s.

Yəni insan əlində olan hər hansı bir nemətin şükrünü etmək istəyərsə həmin nemətə uyğun şükür etməlidir.

Tövbə mövzusu da buna bənzərdir. Etdiyi günüha görə tövbə etmək istəyən insan həmin günaha uyğun tövbə etsməlidir.

İmam Cəfər Sadiq əleyhissalamdan Nur surəsinin 4 və 5-ci ayələrinin

“İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! “

 izahı barədə soruşdular və dedilər ki, tanıdığımız bir nəfər vardır ki, bir namuslu qadına belə bir böhtan atmışdır, lakin indi etdiyi işdən çox peşmandır, tövbə etmək istəyir. O şəxs necə tövbə etsin?! Hansısa namazımı qılsın ya neçə dəfə istiffar zikri etsin...?!

İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

“ Onun tövbəsi budur ki, kimlərin arasında o namuslu qadının əleyhinə böhtanı deyibsə, həmin adamların yanına gedib öz günahını etiraf etsin, o qadının günahsız olduğunu və bunun o qadına böhtan atmış olduğunu bildirsin.”

Eləcə də hər bir insanın şükürü həmin nemətə uyğun olmalıdır.

İmam Musa Kazim əleyhissalamın tərəfdarlarından biri Harun ər-Rəşidin təyin etdiyi valilərdən olur. Bir gün İmam Musa Kazim əleyhissalamın yanına gəlib tutduğu vəzifədən uzaqlaşmaq və istefa vermək istədiyini bildirdi. İmam isə ona buyurdu:  -xeyr, çıxma. Təqiyyə ilə işləməyini davam etdir. Amma işinin zəkatını da ver.

O şəxs soruşdu: ey Peyğəmbərin övladı! İşimin zəkatını necə verim?

İmam buyurdu: -Möminlərə sənə aid olan nə kömək lazım olarsa onlara kömək et, əgər onların işinin düyünü səndə yox başqasında olarsa və sənin həmin adamdan iş xahiş etməyə nüfuzun çatarsa həmin adamdan çətinə düşmüş möminlərə lazım  olan kömək etməsini istə. Bu sənin vəzifənin və işinin zəkatıdır.

 

1- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

علي ، عن أبيه ، عن ابن أبي عمير ، عن أبي عبد الله صاحب السابري فيما اعلم

أو غيره ، عن أبي عبد الله ( عليه السلام ) قال : فيما أوحى الله عز وجل إلى موسى ( عليه السلام ) يا موسى

اشكرني حق شكري ، فقال ، يا رب ، وكيف أشكرك حق شكرك وليس من شكر أشكرك

إلا وأنت أنعمت به علي ؟ قال : يا موسى الآن شكرتني حين علمت أن ذلك مني

 

“Allah Taalanın həzrət Musa əleyhissalama etdiyi vəhlərin içində belə bir sözlər vardı: -Ey Musa! Mənə, layiq olduğum səviyyədə şükür et. Musa peyğəmbər dedi: -ey mənim Rəbbim, mən Sənin layiq olduğun qədərində şükür etməyə acizəm, çünki hər dəfə Sənə şükür etdikdə, mənim Sənə şükür etməyə müvəffəq olmağım Sənin mənə verdiyin ayrıca bir nemətdir ki, gərək onun da şükürünü edəm. Allah buyurdu: -Ey Musa, şükür etməyinin də Mənim nemətim olmasını dərk etməyin ilə Mənim layiq olduğum şükürü sən etmiş oldun.”

əl-Kafi 2-ci cild 98-ci səhifə

 

2. İmam Cəfər Sadiq əleyhissalam Qurani-kərimin İbrahim surəsinin 7-ci ayəsinin (Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir! ) izahında buyurdu:

كما قال الله في كتابه :

" لئن شكرتم لأزيدنكم " ؟ فقال : نعم من حمد الله على نعمه وشكره وعلم أن

ذلك منه لامن غيره

“Bəli, Kim Allaha həmd və şükür edərsə, həmçinin bu nemətin (başqasından yox) məhz Ondan (Allahdan) olduğunu bilərsə (bu ayə ona da aiddir).”

Biharul ənvar 68-ci cild 53-cü səhifə

 

3- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عن أمير المؤمنين ( عليه السلام ) قال : شكر كل نعمة الورع عما حرم الله 

“Hər bir nemətin şükürü Allahın haram etdiyi şeylərdən (işlərdən) çəkinməkdir.”

Biharul ənvar 68-ci cild 42-ci səhifə

 

Yəni, Allahın sənə verdiyi nemətlərin heç birini günah məqsədilə istifadə etməyəsən, həmin neməti sənin günaha düşməyinə vasitə etməyəsən, Allahın sənə verdiyi nemətin şükürünü etmək əvəzinə Allaha qarşı çıxmayasan, günahlardan və haramlardan uzaq olasan. Sənə nemət verənə qarşı günah etməyin sənin naşakürlüyünün əlamətidir.

 

4- İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

وعن أبي عبد الله ( عليه السلام ) قال : أحسنوا جوار النعم ، قيل : وما جوار النعم ؟

قال : الشكر لمن أنعم بها وأداء حقوقها

“Nemətin cəvarını gözəl və yaxşı edin.

Soruşdular: -Nemətin cəvarı nədir?!

İmam buyurdu: -Sənə nemət verənə şükür etmək və həmin nemətin haqqlarına riayət etmək.”

Biharul ənvar 68-ci cild 54-cü səhifə

 

Neməti lazım olan yerə istifadə etmək, onu zay etməmək, günah üçün işlətməmək və sair həmin nemətin haqqlarındandır.

baxılıb: 498 dəfə