Əxlaqi tərəqqinin yolları

Şükür və Təşəkkür -2

Şükür ilə əlaqədar bir neçə hədis

Şükür ilə əlaqədar hədislər

 

1. Ubeydullah əl-Vəlid deyir: İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim,

“Üç şey var ki, həmin şeylərin qarşılığı olduqda insana heç bir ziyan dəyməz.

1. Çətinliklər zamanı dua etmək.                                                                                                  2. 2- Günah etdikdə  istiğfar etmək (Allahdan bağışlanma istəmək).                                                                                           3. Nemət əldə etdikdə, onun şükrünü etmək.”

Biharul ənvar 2-ci cild  98-ci səhifə

 

2. İmam Cəfər Sadiq əleyhissalam buyurdu:

“Kimə şükür etmək ləyaqəti verilibsə, deməli ona əlavə nemətlər verilib. Çünki Allah "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. (İbrahim surəsi 7-ci ayə)” demişdir.

Biharul ənvar 71-ci cild 34-cü səhifə

 

3. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Bəla əhlini (çətinliklərə düçar olmuşları) gördükdə (öz halınıza) şükr edin, amma bunu heç vaxt elə insanların yanında dilə gətirməyin, yoxsa onları qəmgin etmiş olarsınız.”

Biharul ənvar 71-ci cild 37-ci səhifə

 

4. Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Neməti verənə təşəkkür etmək, rusini artırır.”

Biharul ənvar 71-ci cild 40-cı səhifə

 

5. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Kim yemək-içmək yerlərindən başqa Allah Taalanın ona olan neməti və fəzli barədə düşünmürsə, bu onun elminin qısalığına və onun əzaba yaxınlığına dəlildir.”

Biharul ənvar 71-ci cild 46-cı səhifə

 

6. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Möminin qəbir sıxıntısına məruz qalması yalnız onun şükür etmədiyi nemətlərin əvəzinə görə olacaq.”

Biharul ənvar 71-ci cild 48-ci səhifə

 

7. İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

“Bəndələrin şükürü kəsilmiyincə, Allah Taalanın əlavə nemət verməsi kəsilməz.”

Biharul ənvar 71-ci cild 51-ci səhifə

 

8- İmam Cəfər Sadiq əleyhissalam karvan ilə Mədinədən Məkkəyə həccə gedirdi. Yolda bir nəfər yoxsul şəxs İmama yaxınlaşdı və dedi: -mənim ehtiyacım var.

İmam(ə) ona bir neçə dirhəm (gümüş pul) verdi. O şəxs pulu aldı və dedi: “əlhəmdulillahi rəbbil aləmin”. (Aləmlərin sahibi olan Allaha şükür olsun.)

İmam(ə) bu dəfə ona bir neçə dinar (qızıl pul) verdi. O şəxs yenə də dedi: “əlhəmdulillahi rəbbil aləmin”.

İmam(ə) öz köynəklərindən birini həmin ehtiyaclı şəxsə verdi. O şəxs köynəyi götürüb -çox sağol ya İmam, deyib getdi.

Səhabələr dedilər: ey Allahın Peyğəmbərinin oğlu! Verdiklərinizin hamısını o şəxsə bir dəfəyə verməməyinizin səbəbi nə idi?!

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Mən onun hər həmdinə (şükürünə) görə bir şey verirdim. Amma sonra mənim özümə təşəkkür etdi, bu zaman nemət dayandı. Əgər yenə Allaha həmd etsəydi, mənim verə biləcəyim nəyim varsa hamısını ona verəcəkdim.

baxılıb: 472 dəfə