Əxlaqi tərəqqinin yolları

Şükr və təşəkkür

Şükr ilə əlaqədar Əxlaq dərsinin birinci hissəsi

İnsanın imanını və onun Allaha etiqdının hansı səviyyədə olmasını göstərən əsas meyarlardan biri də insanın şükrünün səviyyəsidir. İnsanın imanının hansı həddə olduğu, eləcə də Allaha etiqad və inamının nə səviyyədə olması onun şükr etməsindən bəlli olur.

Lüğət kitablarında şükr haqqında belə bir tərif gəlib: “Şükrün həqiqəti bundan ibarətdir ki, insan əldə etdiklərinə razı ola.” Ərəblərdə belə bir məsəl var: “şükr edən at”, bunu ata o vaxt deyrlər ki, at az yemək yedikdə də bütün lazımlı işləri görür, lazım olan qədər yolu qət edir.

Başqa bir misalda: “bəruqə kimi şükr edən”. Bəruqə ərəbistanda bitən bir bitki adıdır ki, ona su verilməyəndə də o, çiçəklənir. Əgər əksinə olarsa, bu naşükürlük olar.

İstlalahda və terminolaji mənada “Şükr” - “nemətin Allah Taaladan gəldiyini görmək (bilmək) və onu Allahın istədiyi istiqamətdə istifadə etməkdir.”

Yəni insan ona nəsib olan bütün maddi və mənəvi nemətlərin Allahdan gəldiyini dərk etməli və həmin nemətləri Allahın göstərişlərinə əsasən istifadə etməlidir.

Deməli şükrün mərtəbə və səviyyələrini bilmək, bizim neməti verəni tanımaq səviyyəmizdən asılıdır.

Şükrlə əlaqədar bəzi ayələr:

1. Bəqərə surəsi 51 və 52-ci ayələr

وَ إِذْ وَاعَدْنَا مُوسىَ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتخَّذْتمُ‏ُ الْعِجْلَ مِن بَعْدِهِ وَ أَنتُمْ ظَالِمُونَ

ثمُ‏َّ عَفَوْنَا عَنكُم مِّن بَعْدِ ذَالِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

“(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Allahdan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz). Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.”

 

2. Ənam surəsi 63-cü ayə

قُلْ مَن يُنَجِّيكمُ مِّن ظُلُمَاتِ الْبرَّ وَ الْبَحْرِ تَدْعُونَهُ تَضرَّعًا وَ خُفْيَةً لَّئنِ‏ْ أَنجَئنَا مِنْ هَاذِهِ لَنَكُونَنَّ مِنَ الشَّكِرِينَ

قُلِ اللَّهُ يُنَجِّيكُم مِّنهْا وَ مِن كلُ‏ِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشرْكُونَ

“(Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

Əbrəhənin qoşunu Məkkəyə hücum etdiyi zaman Məkkə camaatı qaçıb təpələrdə gizlənmişdi. Allah Taala siccil quşları ilə o qoşunu məhv elədi və Məkkə camaatı öz evlərinə qayıtdılar. Əbu Sufyan bu hadisənin şükrünü etmək əvəzinə Kəbə evinin kənarında şərab məclisi verdi və dedi: --bizim bütlərimizin gücünə baxın, o böyüklükdə qoşunu məhv etdi.

Odur, Allah Təala buyurur ki, yadınızdadırmı siz çətinə düşəndə istər aşkarda, istər gizlində dua edirdiniz ki, əgər bu çətinlik həll olsa biz şükr edənlərdən olacağıq!? Ey Peyğəmbər, onlara de: sizə nicat verən (halbuki kömək istəyirdiz zaman siz onu heç tanımırdınız) Allahdır. Amma siz şükr etmək əvəzinə Allaha şərik qoşdunuz. Bu da sizin cahilliyinizdən irəli gəlir.

 

3. Əraf surəsi 10-cu ayə

وَ لَقَدْ مَكَّنَّاكُمْ فىِ الْأَرْضِ وَ جَعَلْنَا لَكُمْ فِيهَا مَعَيِشَ  قَلِيلًا مَّا تَشْكُرُونَ

“Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!”

 

4. Ənfal surəsi 26-cı ayə

وَ اذْكُرُواْ إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فىِ الْأَرْضِ تخَافُونَ أَن يَتَخَطَّفَكُمُ النَّاسُ فَاوَئكُمْ وَ أَيَّدَكُم بِنَصْرِهِ وَ رَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə sığınacaq verdi, sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!”

 

5. Nəhl surəsi 78-ci ayə

وَ اللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَتِكُمْ لَا تَعْلَمُونَ شَيْا وَ جَعَلَ لَكُمُ السَّمْعَ وَ الْأَبْصَرَ وَ الْأَفْدَةَ  لَعَلَّكُمْ تَشْكُرُونَ

“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz.”

 

6. Nəml surəsi 73-cü ayə

وَ إِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلىَ النَّاسِ وَ لَاكِنَّ أَكْثرَهُمْ لَا يَشْكُرُونَ

“(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.”

 

7. Səba surəsi 13-cü ayə

يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِن محَّرِيبَ وَ تَمَاثِيلَ وَ جِفَانٍ كاَلجْوَابِ وَ قُدُورٍ رَّاسِيَتٍ  اعْمَلُواْ ءَالَ دَاوُدَ شُكْرًا  وَ قَلِيلٌ مِّنْ عِبَادِىَ الشَّكُورُ

“Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!

 

8. Loğman surəsi 12-ci ayə

وَ لَقَدْ ءَاتَيْنَا لُقْمَانَ الحْكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ  وَ مَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ  وَ مَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنىِ‏ٌّ حَمِيدٌ

“Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)».”

baxılıb: 559 dəfə