Əxlaqi tərəqqinin yolları

Uzun arzular barədə hədislərə bir baxış

Uzun arzular ilə əlaqədar silsilə Əxlaq dərslərinin üçüncü hissəsi

Uzun arzular barədə hədislər

1- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

یهرُمُ ابنُ آدم و تشبُّ منه اثنتان: الحرصُ و الأمل

“Adəm övladı (insan) nə qədər qocalsa da onda olan iki xasiyyət daha da cavanlaşır. Hərislik və uzun arzular.”

Məcmuəyi Vərram 205-ci səhifə

 

2- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

انَّ أخوفَ ما أخافُ علیكم خصلتان: اِتِّباعُ الهَوی و طُولُ الأمَل، و أمّا اتّباعُ الهَوی فیصُدُّ عن الحق، و أمّا طول الأمَل فَیُنسِی الاخرة
“Mən sizin üçün hər şeydən daha çox iki xasiyyətə düçar olmağınızdan qorxuram. Nəsfani istəklərə itaət etmək və uzan arzulara qərq olmaq. Çünki nəfsani istəklərə itaət etmək insanı haqqı qəbul etməkdən saxlayır, uzun arzular isə insana axirəti unutdurur.”

Tuhəful uqul 224-cü səhifə

 

3- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

إتَّقُوا باطل الامل فرُبَّ مستقبلِ یومٍ لیس بمستدبره و مغبوط فی أول اللیل قامتْ بَواكیه فی آخره

“Arzuların batilindən (uzun və puçlarından) çəkinin, nə qədər insanlar olub ki, gündüzü hər hansı işə başlayıb, həmin günün axşamı həyatla vidalaşıblar, həmçinin (nə qədər insanlar olub ki,) axşamın əvvəlində camaat onlara qibtə ediblər, gecənin axırında isə onlar üçün ağlaşıblar.”

Qurərul hikəm 86-cı səhifə

 

4- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

طُوبی لِمن لَم تُلهِه الأمانیّ الكاذبة

“Xoş o insanın halına ki, yalançı (puç və uzun) arzular onun başını qatmayıb (onu qəflət və unutqanlığa düçar etməyib.”

Biharul ənvar 78-ci cild 280-cı səhifə

 

 

5- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

و اعلموا عباد الله أنَّ الأملَ یُذهبُ العقلَ و یُكذِّبُ الوَعدَ و یحثُّ علی الغفلة و یورِثُ الحسرَةَ

“Ey, Allahın bəndələri! Bilin ki, (uzun) arzular ağılı zay edir, insana yalan vədlər verir, qəflət (və unutqanlıq) əmələ gətirir və həsrətə səbəb olur (istəklərinə həsrət qalır, arzusu ürəyində qalır).”

Tuhəful uqul 162-ci səhifə

 

6- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

أربعُ خصالٍ من الشِّقاء: جُمودُ العین و قَساوةُ القلب و بُعدُ الأمل و حُبُّ البقاء

“Dörd xasiyyət bədbəxtlikdəndir. Gözlərin quruluğu (heç kimin halına yanmamaq), Qəlblərin daş olması (insanlara rəhm və mərhəmət göstərməmək), Uzun arzular və Həmişə yaşamaq istəyi.”

Biharul ənvar 70-ci cild 164-cü səhifə

 

 

7- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

ما أطال عبدٌ الأملَ إلاّ أساءَ العَمَل

“İnsanın arzuları nə qədər uzanarsa onun əməlləri bir o qədər pisləşər.”

Biharul ənvar 70-ci cild 166-cı səhifə

 

8- İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

تزوَّدْ من الدنیا بقصرِ الأمل

“Arzularınızı qısaltmaqla, (axirət üçün) azuqə toplayın.”

Biharul ənvar 78-ci cild 164-cü səhifə

 

 

9- İmam Musa Kazım əleyhissalam buyurur:

لو ظهرتِ الآجالُ إفتضحتِ الآمالُ

“Əcəllər aşkar olduqda (ölüm baş verdikdə) uzun arzular rüsvay (və biabır) olurlar.”

Əlamud din 305-ci səhifə

 

10- Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قصِّر أمَلَك فاذا أصبحتَ فقل: إنّی لا اُمسِیَ و إذا أمسیتَ فقل: إنّی لا اُصبِحُ

“Arzularını qısalt, səhər açılarkən de: “ola bilsin ki, axşama çıxa bilməyəm. Axşam olanda isə de: ola bilsin ki, səhərə çıxa bilməyəcəm.”

Biharul ənvar 77-ci cild 101-ci səhifə

Yəni başqa yol ilə uzun arzularından qurtula bilmirsənsə, bu yol ilə arzularını qısalt.

 

 

11- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

أطولُ الناس أملاً أسوَئُهم عَمَلاً

 “Ən pis əməlli insanlar, Arzuların uzun olanlardırlar.”

Qurərul hikəm 110-cu səhifə

 

12- Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الأمانیُّ هِمَّه الجُهّال

“(Uzun və batil) arzular cahillərin (nadanların) səy və hədəfidir.

Qurərul hikəm 17-ci səhifə

 


13- İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

إستجلبْ حلاوة الزُّهادة بقصر الأمل

“Arzularınızı qısaltmaqla zöhdün (təqvanın) şirinliyini əldə edin.”

Biharul ənvar 78-ci cild 164-cü səhifə

 


14- İmam Cəfər Sadiq əleyhissalam buyurur:

كَم مِن نعمةٍ لله عَلی عبدِهِ فی غیر أمله وَ كَم مِن مؤمِّلٍ أملاً الخیارُ فی غیره

“Nə qədər olub ki, insan arzu etmədiyi halda Allah həmin şəxsə çoxlu nemətlər verib, eləcə də nə qədər olub ki, insana arzu etdiyin şeyin tam əksi nəsib olub.”

Biharul ənvar 71-ci cild 152-ci səhifə

Yəni həyatınızı arzularınızın xəyalları ilə yox, reallıqlar əsasında qurun.


Uzun arzular ilə əlaqədar Qurani-kərimin ayələri və məsumların hədislərindən məlum olur ki, uzun arzulara qərq olmaq insana aşağıdakı mənfi təsirləri qoyur.

1. Uzun arzular bir çox günahların başlanğıcıdır.

2. Uzun arzu insanın qəlbinin daş bağlamasının səbəblərindən biridir.

3. Uzun arzu insana əcəli unutdurur.

4. Uzun arzu insanı həddindən çox yersiz zəhmətlərə və əziyyətlərə salır.

5. Uzun arzu insanı alçaq və zillətli həyata sövq edir.

6. Uzun arzu insanı nemətlərdən məhrum edir.

7. Uzun arzu insanı həqiqətləri dərk etməkdən məhrum edir.

8. Uzun arzular insanın nemətlərə naşükürlüyünə səbəb olur.

baxılıb: 735 dəfə