Əxlaqi tərəqqinin yolları

Həyatda mötədillik insanın cisim və ruhunun sağlamlıq rəmzidir.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: وقال ( عليه السلام ) : لا يرى الجاهل إلا مفرطا أو مفرطا “Cahil adamı yalnız ifratçılıq (həddi keçən) ya da səhlənkarlıq edən halda görmək olar.” Biharul ənvar 68-ci cild 217-ci səhifə

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

وقال ( عليه السلام ) : لا يرى الجاهل إلا مفرطا أو مفرطا

“Cahil adamı yalnız ifratçılıq (həddi keçən) ya da səhlənkarlıq edən halda görmək olar.”

Biharul ənvar 68-ci cild 217-ci səhifə

 

Əxlaq elminin əsasının “mötədillik və orta vəziyyətdə olmaq” olduğunu iddia etmiş olsaq, heç bir səhvə yol verməmişik. Bu bir həqiqətdir.

 

1- Mötədil şəxsiyyət

Əgər bacarıqlı və çox intizamlı insansınızsa öz şəxsiyyətinizi mötədilləşdirin, orta vəziyyətdə olmaq ruhiyyəsini seçin. Mötədil ruhiyyə əslində yumşaq, mülayim və hüsn-təvəccöhə malik olma ruhiyyəsidir.

Əgər utancaq, az danışan, həmçinin hər cür moda və əqidəni asanlıqla qəbul edənsinizsə, özünüzü mötədil etməyə çalışın. Həqiqətlər və əməllərin aqibətləri barədə daha çox düşünün, xüsusi həyat proqramınız olsun.

Əgər bütün zamanınızı yalnız işləməyə sərf edirsinizsə, bu mövzuda da mötədil olmağa çalışın. Bilin ki, həyat işdən ibarət deyil. Siz özünüzə, ailənizə, yaxınlarınıza, dost-tanışlarınıza da vaxt sərf etməlisiniz. Bundan əlavə dininiz, vətəniniz, əqidəniz və gələcəyiniz barədə düşünməlisiniz.

Əgər tənhalığa öyrəşmisinizsə və daha çox təkliyə qapılırsınızsa, həyat tərzinizi mötədilləşdirin. Çalışın insanlarla daha çox ünsiyyətdə olmaq, dostluqlar etmək, insanlara qaynayıb qarışmaq üçün səbəblər tapasınız.

Əgər bütün gününüzü yalnız insanlarla ünsiyyətə həsr edirsinizsə, özünüz və ailənizə vaxt ayıra bilmirsinizsə, görüşlərinizi mötədilləşdirin. Günün az bir hissəsini bir az inzivaya (güşənişinliyə) çəkilin, təklikdə həyat barədə düşünün.

 

2- Mötədil fəaliyyət və mötədil büdcə

Xoşbəxt həyatın açarı mötədil həyata, yəni mötədil qida rejiminə, mötədil yuxuya, mötədil duyğu və hisslərə, mötədil büdcəyə və qazanca malik olmaqdadır. Mötədil büdcəyə mailk olmaq üçün mötədil fəaliyyətə malik olmaq lazımdır. Zəhmət və çalişmaq olmadan gəlir və qazanc əldə etmək olmaz. Hər bir insanın büdcəsinin olması həyatın ən zəruri məsələlərindəndir, amma büdcə üçün işləmək, çalışmaq, təlaş etmək lazımdır.

İmam Cəfər Sadiq əleyhissalam səhabəsi Hişama xitab edərək buyurur:

قال أبو عبد الله ( عليه السلام ) : يا هشام إن رأيت الصفين قد التقيا فلا تدع

طلب الرزق في ذلك اليوم

“Ey Hişam, iki dəstənin bir-birinin qarşısında durduğunu (onların arasında hər an müharibə başlanmasını ehtimal etdiyin) zamanda belə, sən həmin gün ruzi qazanmaq üçün çalışmağı tərk etmə.”

əl-Kafi 5-ci cild 78-ci səhifə

 

İnsanın dostlar, qohumlar və yaxınları arsındakı abır-həyanın, heysiyyətin, şərəf, hörmət və qədir-qiymətin qorunması, həmçinin fikir narahatlıqları olmadan uzun ömür yaşamaq düzgün və dürüst yollardan istifadə edərək işləmək və gəlir əldə etməyə bağlıdır.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله ( صلى الله عليه وآله ) : طوبى لمن أسلم وكان عيشه كفافا

“Xoş o insanın halına ki, (İlahi müqəddərata) təslim olmuş və gəliri onun dolanışığı üçün kifayət edir.”

əl-Kafi 2-ci cild 140-cı səhifə

 

Bir çox insanlar həyatda İslamın tövsiyə etdiyi mötədil yaşayış proqramından imtina etmişlər, bunlar İslam dininin guşənişinlikdən, cəmiyyətdən və insanlardan qaçmaqdan, bir şeyə (məscidə, çayxanaya...) qapanmaqdan, tərki-dünyalıqdan, var-dövlət qazanmağı tərk etməkdən və insan təbiətinin bütün istəklərini əzməkdən ibarət olduğunu güman edirlər. Halbuki bu sayılanların heç biri İslamın tövsiyəsi olmamaqdan əlavə, İslam dini bütün müsəlmanları bu sayılanlardan uzaq olmağa çağırır. İslamın məsum rəhbərləri, yəni sevimli Peyğəmbərimiz(s) və onun Əhli-beyti(ə) heç kimə belə bir şey tapşırmamış, özləri də belə olmamışlar.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

وقال عليه السلام : " لا خير فيمن لا يحب جمع المال من حلال فيكف به

وجهه ، ويقضي به دينه ، ويصل به رحمه

“Öz abırının (ad-sanının) qorunması, borclarını ödəmək və yaxınlara baş çəkərək kömək etmək (insanlarla ünsiyyəti səmimiləşdirmək) məqsədilə var-dövlət qazanmağı sevməyən şəxs faydasız (gərəksiz) insandır.”

Mən la yəhzurəhul fəqih 3-cü cild 166-cı hədis

 

Onu da qeyd edək ki, cəmiyyətdə yayılmış oğurluq, saxtakarlıq, yalan, xəyanət və düşmənçilik kimi ictimai fəsadların, pozuculuqların, nizamsızlıqların və anormallıqların müəyyən bir hissəsi məhz yoxsulluq, kasıbçılıq və işsizlikdən qaynaqlanır.

Əmirəlmöminin Əli əleyhissalam oğlu imam Hüseyn əleyhissalama buyurur:

عن أمير المؤمنين ( عليه السلام ) أنه قال للحسن ( عليه

السلام ) : " لا تلم انسانا يطلب قوته ، فمن عدم قوته كثر خطاياه

“Ruzi qazanmaq üçün işləyən insanı məzəmmət etmə, çünki ruzisiz (pulsuz) olan insanın xataları (cinayətləri, günahları) çox olar.”

Mustədrəkul vəsail 13-cü cild 14-cü səhifə 14596-cı hədis

baxılıb: 616 dəfə