Əxlaqi tərəqqinin yolları

Həyatda hədəf və məqsədlərimə çatmaq üçün nə etməliyəm -2?!

İkinci hissə

6- Səhv etməkdən qorxmayın.

Bir kağız götürün və qorxduğunuz şeyləri oraya yazın. Məsələn, mən filan şeyə nail olmaq istəyirəm amma filan şeydən qorxuram. Yazdıqdan sonra həmin şeylə üzbəüz olmaq üçün hazırlaşın.

Qorxduğuna görə addım atmaqdan çəkinən insanın günbəgün qorxusu çoxalır. Sənin qorxmağın məğlubiyyətinin üzünə gülməyindir. Qorxan insan məğlubiyyətinə razı olmuşdur.

Psixoloğiyada “fobiya” adlı ruhi qorxu halları vardır. Qaranlıqdan, təklikdən, ölməkdən və sair qorxmaq.

Psixoloqlar məsləhət görürlər ki, bu qorxulardan qurtulmaq üçün həmin qorxuların üzərinə getmək lazımdır.

Amma aramla, tədriclə həmin şeyə yaxınlaşın.

Məsələn qaranlıqdan qorxursunuzsa tədriclə qaranlığa daxil olun. Gedin qaranlıq təsvir olunmuş bir şəkil alın asın divardan. Komputerinizin, planşetin fonuna gecə təsviri qoyun, gecədən daha çox bəhs edilən filmlərə baxın, gecə qapını açıb bir neçə dəqiqə qaranıq çölə tamaşa edin.  Beləliklə gecə  və qaranlığın qorxunc siması sizdən uzaqlaşacaqdır. Bu hal tədriclə baş verməlidir.

Eləcə də başqa qorxulara beləcə yavaş yavaş yaxınlaşın.

Səhv etməkdən qorxmaq lazım deyil. Əsil səhv edənlər heç bir işə addım atmayanlardır.

Tarixə baxanda da görürük ki, həyatda ən yüksək dərəcələrə yüksəlmiş insanlar ən çox səhv edənlər olmuşlar. Onlar hər səhvlərini özləri üçün bir pilləkən pilləsi qərar vermiş və beləcə ucalmışlar.

- Futbol ulduzu Pele 30.000 (otuz min) zərbə vurmuş onun yalnız 1281-i qol olmuşdur.

 

7- Hər bir hədəfinizə çatdıqda özünüzə təşəkkür edin.

Kiçik bir ehsan süfrəfi açın. Sevinin, yeni güc toplayın, yeni hədəflərə çatmaq üçün.

 

8- Həyatda hədəflərimiz yalnız fərdi hədəflər olmasın.

İctimai hədəflərə də malik olmaq lazımdır. İnsan ictimai varlıqdır, tək bizim özümüzün tərəqqimiz gözəl həyat üçün kifayət etmir. Biz özümüzlə yanaşı ailəmizin, dostlarımızın, qohumlarımızın, qonşularımızın, həmkarlarımızın tərəqqisi üçün də hədəflər qurmalıyıq. Onlarla birlikdə tərəqqi yollarına yönəlməliyik.

 

9- Ömrümüzün sonuna qədər hədəfli olmalıyıq.

Bir hədəfə çatdıqda daha uca bir hədəfin fikrində olun. Heç vaxt hansısa hədəfə çatmaqla həyat vəzifənizin tükəndiyini düşünməyin.

Təsəvvür edin, dünyanın ən hündür dağı olan Himalayın zirvəsinə sarı bir qrup alpinist yola düşür. Bir aydan çox yol gedirlər, çətinliklərə dözürlər, televiziya kanalları onlar barədə verlişlər verirlər, axırda onlar dağın zirvəsinə çatırlar, oraya bayraq sancırlar.
Yaxşı, afərin, bəs sonra?! Sonra heç nə. Bundan yüksək dağ yoxdur. Onların alpinistlik hədəfləri dayanır.

İnsan öz hədəflərini dağ zirvəsi kimi bilməlidir. Amma hər hədəfə çatanda bilməlidir ki, bundan daha yüksək hədəf zirvəsi mövcüddür. Heç bir hədəfi ən yüksək hədəf sanmayın.

 

10- Hədəfi təyin edən kimi fəaliyyətə başlayın.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Həyatda müvəffəq olmaq istəyirsənsə düzgün hədəflər seç, elə hədəflər ki, onlara çatmaq sənin üçün mümkün olsun. Və hədəfinə doğru dərhal ilk addımını at, hətta kiçik addım olsa belə.”

Gözəl bir Çin məsəli var. “Xırda daşları götürməyə başlayan insan nə vaxtsa dağın da yerini dəyişər.”

 

11- Hədəfimizə çatmaq üçün hansı məlumatlara və məharətlərə ehtiyaclı olduğumuzu araşdıraq.

Məlumatlar və məharətlər cədvəli tərtib edək.

 

12- Bizə hədəflərimizə çatmaq üçün kömək edə biləcək mərkəzləri və ünvanları tanıyaq.

Hədəflərimizə çatmaq üçün vasitələrdən də istifadə etmək lazımdır. Bizim hədəflərimiz bizdən başqa kimlərinsə də hədəfi olmuş və onlar bu hədəflərə çatmışlar. Onlardan bu yolu qət etmək barədə dəyərli məsləhətlər alaq.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:
“Məşvərət (məsləhət) almaq üçün ən yaxşı şəxs təcrübəsi çox olan insandır.”

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Əgər müvəffəqiyyət əldə etmək istəyirsənsə 5 mərhələ keçməlisən.

- Öz qüdrət səviyyəni tanımaq

- Hədəf seçmək

- Proqram

- İradə və çalışmaq

- Kömək edici vasitələrdən istifadə”

baxılıb: 766 dəfə