Əxlaqi tərəqqinin yolları

“Üzr istəmək” insanın şəxsiyyətinin böyükülüyünün göstəricisidir.

Üzr istəmək, həqiqətdə etdiyiniz səhv və xətaya görə peşman olduğunuzu biruzə verməkdir ki, adətən qarşı tərəfdən bağışlanma istəməklə yanaşı olur. Edilən səhvə görə üzr istəmək ilk baxışda çətin və mümkünsüz görünsə də, əslində lazımlı və həyatın şirinliyinin zaminidir.

Üzr istəməklə əlaqədar bir neçə tövsiyəni nəzərinizə çatdırırıq:

 

1- Səhvinizi aydınlaşdırın.

Siz istəmədən söz demisiniz? Söz verib əməl etməmisiniz? Səhviniz indinindir, yoxsa çoxdan baş verib?

Əgər səhvinizin nədən ibarət olduğunu bilməsəniz, düzgün üzr istəyə bilməzsiniz. Etdiyiniz səhvə görə narahat olduğunuzu qarşı tərəfə hiss etdirin. Etdiyiniz işin səbəbini qarşı tərəfə izah edə bilərsiniz, amma əgər o, qane olmazsa daha dərinə getməyin, “üzr istəyirəm” deməklə kifayətlənin.

 

2- Etdiyiniz səhvin məsuliyyətini boynunuza alın, başqalarını bu işə qatmayın, səhvinizə kimlərisə şərik etməyə çalışmayın.

Çalışın ki, bəhanə gətirib özünüzü haqlı çıxarmaq əzmində olmayasınız, səmimanə üzr istəyin.

 

3- Üzr istəmək üçün münasib zaman seçin.

Bəzi vaxtlar dərhal üzr istəmək lazımdır, bəzən isı bir qədər səbir etməlisiniz. Məsələn, əgər ağzınızdan pis söz çıxdısa dərhal üzr istəyin.

 

4- Üzrünüzü yazılı şəlikdə də ifadə edə bilərsiniz, üzrünüzü şifahi şəkildə deməyə çəkindiyiniz zaman bu yol ən məsləhətli yollardandır.

 

5- Etdiyiniz səhvlə bağlı qarşı tərəfə danışmağa başlayın.

Səhvinizi açıqlayın və səhvinizin sizə pis təsir etdiyini, bununla da sizi üzr istəməyə vadar etdiyini göstərin. “Əgər günahkaramsa” , “əgər mənlikdirsə” , “əgər mənim təqsirim varsa” və sair bu kimi sözlərdən istifadə etməyin.

“Etdiyim səhvə görə üzr istəyirəm” cümləsindən istifadə edin.

 

6- Təəssüfləndiyinizi deyin.

Misal olaraq işlətdiyiniz cümlələrə diqqət edin. Deyəcəyiniz sözlər sizin həqiqətən də narahat olduğunuzu göstərməlidir. Yəni dediyiniz cümlələr sizin niyyətinizi aşkar edə bilsin, məsələn:

Düzgün nümunə: “Əzizim, təəssüflənirəm ki, sənin doğum günün yadımdan çıxıb. Həqiqətən narahatam, ümid edirəm ki, məni bağışlayacaqsan. Başqa yol ilə səhvin əvəzini çıxacağam.”

Səhv nümunə: “Əzizim, sənin sevimli güldanını sındırdığıma görə təəssüflənirəm. Məni başa düş, əsəblərimi sakitləşdirmək üçün ağlıma başqa şey gəlmədi.”

 

7- Səhvinizi etdiyiniz zaman ruhi cəhətdən hansı halda olduğunuz barədə düşünün.

Əgər ruhi narahatçılıq, iztirab, stress və sair bu kimi halların təsiri nəticəsində səhv etmisinizsə, bunu qarşı tərəfə deyin.

 

8- Qarşı tərəfə sizin həyatınızdakı roluna görə, təşəkkür edin. 

Bildirin ki, siz heç vaxt ona ziyan dəyməsini istəməzsiniz. Onun sizin üçün nə qədər mühüm olduğunu ona xatırladın.

 

9- Ondan sizi bağışlamasını və sizə bu səhvinizi düzəltməyiniz üçün fürsət verməsini istəyin.

Ona göstərin ki, etdiyiniz səhvdən narahat olmağınızdan əlavə həm də dərs almısınız.

 

10- Səbirli olun.

Əgər sizi bağışlamazsa, sizə vaxt ayırıb qulaq asdığına görə ona təşəkkür edin.  Bir az sonra ondan ayrılın, bu barədə yenidən düşünməsi üçün ona güzəştə gedin.  Deyin: “mənim əlimdən hələ də narahat olduğunu bilirəm, bununla belə mənə üzr istəmək fürsəti verdiyinə görə təşəkkür edirəm. Nə vaxt fikrin dəyişərsə, mənə xəbət et.”

Bilin ki, bəzi vaxtlar qarşı tərəf sizi bağışlamaq istəyir, amma bunun üçün zamanın keçməsinə ehtiyac var. Təki tam aram və sakit ola bilsin.

 

11- Dediyiniz sözün və vədlərin üstündə durun.

Həqiqi üzr istəmək o zaman baş verir ki, davamiyyətli olsun, yəni dediyiniz sözün üstündə durun, verdiyiniz vədə əməl edin, beləliklə də yenidən etimad və etibarı qazana bilin.

baxılıb: 599 dəfə