Əxlaqi tərəqqinin yolları

Səbr və dözümlülük bütün yaxşı xüsusiyyətlərin dayağıdır

Səbr və dözümlülük bütün yaxşı xüsusiyyətlərin dayağı və hətta demək olar ki, qaynağı, xoşbətliyin əsas təminatçısı, uğur və nailiyyətlərin əsas köməkçisidir.

Uğursuzluğa düçar olanlar isə öz uğursuzluqlarını məhz səbrsizklikdə görürlər.

Səbrsizlikdən məqsəd səbrin heç olmaması deyil, bəlkə səbrin azlığı mənasınadır.

Elə isə biz nə edək və ya başqa sözlə desək necə edək ki, səbrimizi və dözümlülüyümüzü çoxaldaq?!

1- İmanımızı gücləndirək:

Allahın mərhəmət və hikmətinə insanın imanı nə qədər çox olarsa, insanın səbri də bir o qədər çox olar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Səbr etməyin əsası Allaha imandır.”

“Səbr etmək imanın səmərəsi və bəhrəsidir.”

Ğurərul-hikəm 4776 və 4781-ci hədislər

 

2- Allah Taala ilə rabitə

İnsan Allahı yada salmaq və namaz qılmaq ilə həyat çətinliklərinin öhdəsindən gələ bilər.

Qurani-Kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلَو ةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى‏ الْخَشِعِينَ‏

“Səbr və namazdan kömək istəyin, əlbəttə bu iş (oruc və namazdan kömək istəmək) yalnız Allahdan qorxanlara asan, başqalarına çətindir.”

Bu ayə ilə əlaqədar imam Cəfər Sadiq əleyhissalam buyurur:

“Əmirəlmöminin Əli əleyhissalama nə vaxt çətinlik üz verərdisə namaz qılar və sonra bu ayəni oxuyardı.”

Nümunə təfsiri 1-ci cild 219-cu səhifə

 

3- Çətinliklərin sirr və dərinliklərini tanımaq, başa düşmək

İnsan həyatında baş verən çətinliklərin onun həyatında və onun kamala yetməsində nə qədər faydalı olduğunu bilərsə həmin insan bütün çətinliklərə ağuşunu açacaqdır.

Hədislərdə çətinliklər ilahi lütflər mənbəyi kimi yad edilmişdir.

 

4- Səbr etməyin axirətdəki faydalarına diqqət yetirmək.

Səbr etməyin axirət faydalarına və savablarına diqqət yetirmək çətinlik və problemlərin acılığını şirinləşdirir və onları insana asan edir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“İmanlı insanlardan kim çətinliyə düşərkən o çətinlik və bəlaya səbr edərsə ona min şəhidin əcri, savabı yazılar.”

əl-Kafi 2-ci cild 93-cü səhifə

 

5- Böhranların və problemlərin ötəri və keçici olduğuna diqqət yetirmək

Zamanın çətinlik və problemləri hansı şəkildə olursa olsun keçici və ötəridir.

Qurani-Kərim İnşirah surəsinin 5-ci ayəsində buyurur:

“Elə isə, hər çətinliyin ardınca asanlıqlar vardır.”

Şerlə desək,

Əzəldən yaranıb belə bu aləm

Qəmdən sonra kefdir, kefdən sonra qəm

 

6-  Özündən aşağı vəziyyətdə olan insanlara baxmaq.

Çətinliklərə düçar olduqda daha böyük və daha çətin sınaqlarda və çətinliklərdə olan insanlara baxmaq insana düşdüyü çətinlikləri asanlaşdırır.

“Bir nəfər məscidə girir, ağlayaraq dua edr: İlahi, mənim ayaqqabım cırılıb, ayaqqabısız qalmışam, məni bu çətinlikdən xilas et.

Məsciddən çölə çıxanda ayaqları olmayan bir adamın əlil arabası ilə məscidə gəldiyini görüb deyir: İlahi, şükür Sənə. Mənin heç olmazsa ayaqqabım yoxdur, bu yazığın ayağı yoxdur...”

 

7- Peyğəmbərlərin və İmamların həyatından örnək, nümunə götürmək

Peyğəmbərlərin və İmamların həyatına qısaca nəzər salmaqla görürük ki, onların hamısı çoxlu giriftarçılıqlara və çətinliklərə düçar olmuş, gözəl səbr və dözümlülük ilə o çətinliklərin hamısına qalib gəlmişlər.

Qurani-Kərim Əhqaf surəsinin 35-ci ayəsində sevimli Peyğəmbərimiz həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih- xitabən buyurur:

فَاصْبِرْ كَمَا صَبَر

أُوْلُواْ الْعَزْمِ مِنَ الرُّسُل
“Ululəzm (möhkəm iradə) sahibi olan Peyğəmbərlər səbr etdiyi kimi, sən də səbr et.”

 

8- Ruhi və mənəvi hazırlıq

İnsan dünyanı olduğu kimi tanıya bilərsə qarşıya çıxan çətinliklərdə özünü itirməz. Çünki dünyanın daima dəyişməkdə olduğunu, həmçinin eniş yoxuşlara malik olduğunu bilir. İstər istəməz bütün insanlar dünya hadilələrinin dəyişiklikləri ilə rastlaşırlar.

 

9- Səbr etməyin cismi təsirlərinə diqqət yetirmək

Dünya hadisələri qarşısında səbr və dözümlülüyün təkcə əxlaqi cəhəti yox, bəlkə sağlamlıq və salamatlıq cəhətindən də böyük təsirləri vardır. Səbrsiz insanların ömürləri az olur. Müxtəlif xəstəliklərə xüsusilə ürək cə əsəb xəstəliklərinə və sair giriftar olurlar. Halbuki səbrli insanlar uzun ömürə malik olur, sinir xəstəliklərindən, stress, istirab və sairdən uzaq olurlar.

Elə isə səbrimizi artırmaq üçün çalışaq. 

baxılıb: 942 dəfə