Əxlaqi tərəqqinin yolları

Avtomobilinizin sükanında oturmusunuz, maşını sürürsünüz

Qarşınızda irəlini görmək üçün böyük bir şüşə var. O şüşənin yuxarı hissəsində isə arxanı görmək üçün kiçin bir güzgü var.

Arxanı göstərən güzgüyə əsasən iki məqsədlə baxılır. 
1- İrəliyə hərəkətdə daha müvəffəq olmaq üçün, 
2- Təhlükə və qəzadan uzaq olmaq üçün.
Görürsünüzmü ki, güzgü qabaq şüşədən nə qədər kiçikdir...
Bu bizə nə demək istəyir?!
Yəni, ey insan, sən həyat yolunda bütün qüvvəni irəlini görməyə həsr etməlisən.
Başqa sözlə desək, Biz həyat yolumuzda qətiyyətlə irəli getməliyik, irəliyə yəni gələcəyə böyük gözlə baxmalıyıq, arxanın yəni keçmişin hadisələrinin əsiri olmamalıyıq. Keçmişimizə yalnız 2 məqsədlə nəzər salaq. 
1- Keçmişdən dərs alaraq İrəlidə (gələcəkdə) daha böyük uğurlar qazanmaq üçün, 
2- Keçmişdən ibrət alaraq irəlidə (gələcəkdə) Özümüzü ziyan və zərərlərdən qorumaq üçün, yəni salamatlıq üçün.
Amma təəssüf ki, bir çox insanların bütün diqqətləri yalnız kiçik güzgüyə, yəni yalnız keçmişə yönəlmişdir. Onlar gələcəyi tamamilə unutmuşlar, belə insanların həyatda heç bir ali və uca məqsədləri, hədəfləri olmur.
Hədəfsiz insan isə həm bu dünyanı həm də axirəti uduzan insandır.
Qurani-Kərim belə insanlara خسر الدنيا و الآخرة 
Yəni, "dünya və axırət ziyankarı" deyir.
Allah Taala bizim hamımızın aqibətimizi xeyir etsin.

baxılıb: 546 dəfə