Əxlaqi tərəqqinin yolları

Allah ilə dostluq rabitəsi əxlaqı da möhkəm edir 4

Allaha iman və etiqadın möhkəmlənməsi üçün təcrübədən keçmiş 20 sadə yol Dördüncü hissə 16 - 20-ci yollar

İnsanda imanın yaranması, qorunması və inkişaf etməsinə səbəb olan vacibi –namaz, oruc, xüms, zəkat, həcc və sair- əməllər, həmçinin müstəhəbbi və əxlaqi –valideynə xidmət, əxlaqi məclislərdə iştirak etmək, ziyarətlət və sair- əməllərdən əlavə elə mövzular da vardır ki, insanların çoxu onlardan xəbərsizdirlər.
Onu da deyək ki, bu üsullar sizin imanınızın güclənməsinə təsirli olmaqdan əlavə stress, depresiya və nigarançılıqları sizdən uzaqlaşdıracaqdır.

16- Təbidir ki, hamının müxtəlif səbəblərdən görüşmək istədiyi rəislər, nazirlər, sədrlər və sair vardır. Siz onların hər hansı biri ilə görüşmək üçün nə qədər zəhmət çəkməlisiniz, ona buna xahiş etməlisiniz, aylarla bəzən illərlə görüş üçün məktublar yazmalısınız, əmin-amanlıq və ictimai şəraiti nəzərə almalısınız, çoxlu süründürmələrdən sonra onların bəzisi ilə bir neçə dəqiqiliyə görüşə bilirsiniz, amma bəziləri isə heç vaxt görüşə bilmirsiniz. Bunu heç vaxt unutmayın. Allah Taalaya həmişə şükr edin ki, Onunla söhbət etmək üçün sizə heç bir maneə yoxdur, sizi o tərəf bu tərəfə göndərmirlər. İstədiyiniz zaman xəlvətə çəkilib Allah Taala ilə danışa bilirsiniz. Bu o deməkdir ki, istənilən vaxtda istənilən şəraitdə siz Allah Taala ilə rabitə qura bilirsiniz.

17- Gecələr yatmaq istəyərkən dəstəmaz alın, bir dəfə Fatihə surəsini və üç dəfə ixlas surəsini oxuyun. Çalışın sağ tərəfi üstə və üzü qibləyə yatasınız. Beləliklə də siz yatmağınızla belə Allah Taala ilə rabətə qurmuş olacaqsınız. Hədislərdə gəlib ki, dəstəmaz alıb yatan şəxsin yuxusu ibadətdən sayılar və o şəxsə gecəni əhya saxlayanın savabı verilər.

18- Elə bu gün qərara alın ki, yatana qədər bütün danışıqlarınız və hərəkətləriniz müsbət olacaqdır. Başqalarının yaxşılıqlarını görün, insanların üzünə onların zahiri və batini gözəlliklərini deyin. Məsələn, sən çox gözəlsən, sən çox gözəl maşın sürürsən, sən Ərəb dilində çox səlis danışırsan, bu paltar sənə çox gözəl yaraşır, sən çox səliqəlisən və sair.
Hətta Allah Taala ilə danışarkən də müsbət danışın. Özünüzdə olan yaxşılıqlar və gözəlliklər barədə, sizə verdiyi nemətlər barəsində Allah Taala ilə söhbət  edin. Və Allah Taalaya bunların hamısına görə çoxlu təşəkkür edin.

19- Müxtəlif vaxtlarda günah ilə üzbə üz qaldığınız lakin günah etmədiyiniz anları yadınıza salın. Allah Taalaya sizə verdiyi səbr, dözüm və imana görə şükr edin. Allah Taaladan istəyin ki, sizin səbriniz və iradənizin güclənməsində sizə yardım etsin.

20- Evi və ya otağınızı yığışdıranda, həmçinin lazımsız və gərəksiz şeyləri çölə atanda yadınızda olsun Allah Taaladan istəyin ki, hər cür pislikləri, şərləri və ədəbsizlikləri sizin zehniniz, diliniz və ümumiyyətlə həyatınızdan uzaq etsin.

baxılıb: 538 dəfə