Əxlaqi tərəqqinin yolları

Allah ilə dostluq rabitəsi əxlaqı da möhkəm edir 3

Allaha iman və etiqadın möhkəmlənməsi üçün təcrübədən keçmiş 20 sadə yol Üçüncü hissə 11 - 15-ci yollar

11- Hər şey əlinizdən çıxdıqda belə bu, son deyil, qarşıda gələcək vardır. Həyatınızı yenidən qurmaq üçün sizə fürsətlər verilmişdir. Hər şeyiniz əldən çıxmış olsa da siz özünüz varsınız və qarşınızda sizin gələcəyiniz vardır. Gəlcəyinizin olmasına xatir Allah Taalaya şükr edin.

 

12- Çətinliyə düşdüyünüz vaxtlarda Allah Taalanın deyil, başqalarının qapısını döydüyünüz zamanları yadınıza salın. Bunun üçün Allah Taaladan sizi bağışlanmasını istəyin.

Allah Taaladan istəyin ki, həmişə Onu xatırlamağınız və Onun qapısını döyməyiniz üçün sizin yardımçınız olsun.

 

13-  Lazımsız, faydasız və mənasız danışıqlardan uzaq olun, beləliklə də az danışmağınızla ağlınız itiləşsin. Allah Taala ilə danışmaq həvəsi sizdə güclənsin. Çox danışan insanların əksəriyyəti danışdıqları sözlərin əks-təsirindən və sairdən vahimələnirlər, həmişə iztirab və nigaran olurlar. Nə üçün dedim? Niyə o cür dedim? Filankəsin adını niyə çəkdim? Və sair suallar onları rahat buraxmır.

Amma dərdlərini xəlvətə qapılmaqla Allah Taalaya deyən insanlar həmişə raham və ruhi aramlıqda olurlar. Hər gün vaxt ayırıb çətinliklərinizi, əziyyətlərinizi, dərlərinizi, planlarınızı Allah Taalaya deyin. Onda görəcəksiniz ki, sizin qəlbinizi rahatlıq və şadlıq bürüyəcəkdir.

 

14- Çox da sevmədiyiniz tanışlarınıza minnətsiz və ondan heç bir intizarınız olmadan hədiyyə verin. Bununla da yadınıza salın ki, siz Allah Taalanın elə də yaxşı dostu olmadığınız halda Allah Taala sizə minnətsiz nemətlər verir. Allah Taala ilə bu barədə söhbət edin, Onun sizə minnətsiz olaraq verdiyi saysız hesabsız nemətlərə və bəxşişlərə görə sevinin və bütün vücudunuzla Allah Taalaya təşəkkür edin.

 

15- Hər hansı bir xəstəxanaya və ya tibbi klinikaya getdikdə həkimin qəbuluna girmək üçün növbə gözlədiyiniz zaman o tərəf bu tərəfə baxmaq əvəzinə, həmçinin fikrinizi xəstəxanaya aid mövzularla doldurmaq əzəvinə qəlbinizdə Allah Taala ilə söhbət edin. Deyin: -mən həmişə xəstə deyiləm, bəzi vaxtlar qısa müddətli xəstələnirəm. Cismimin əksər üzvləri sağlamdır. Buna görə də ey gözəl Allah, Sənə şükr edirəm. Mənim bütün vücudumun sağlam olmasında mənə yardımçı ol.

baxılıb: 554 dəfə