Əxlaqi tərəqqinin yolları

Allah ilə dostluq rabitəsi əxlaqı da möhkəm edir 2

Allaha iman və etiqadın möhkəmlənməsi üçün təcrübədən keçmiş 20 sadə yol İkinci hissə 6 - 10-cu yollar

İnsanda imanın yaranması, qorunması və inkişaf etməsinə səbəb olan vacibi –namaz, oruc, xüms, zəkat, həcc və sair- əməllər, həmçinin müstəhəbbi və əxlaqi –valideynə xidmət, əxlaqi məclislərdə iştirak etmək, ziyarətlət və sair- əməllərdən əlavə elə mövzular da vardır ki, insanların çoxu onlardan xəbərsizdirlər.

Onu da deyək ki, bu üsullar sizin imanınızın güclənməsinə təsirli olmaqdan əlavə stress, depresiya və nigarançılıqları sizdən uzaqlaşdıracaqdır.

 

6- Binanın və ya evin sökülməsinə tamaşa edin. Söküntünün və qədər asan olduğunu görün. Yadınızda olsun ki, insanlarla rabitəni qırmaq və təfriqə salmaq da asandır.

Allah Taaladan istəyin ki, sizinlə başqalarının arasındakı rabitənin yollarını və üslublarını islah etsin, düzəltsin.

Həmçinin Allah Taaladan istəyin ki, sizin keçmiş səhvlərinizi, yanlışlıqlarınızı və xatalarınızı əvəzləsin, insanlarla rabitədə bir daha səhvlərə yol verməyəsiniz. Kiminsə qəlbini qırmısınızsa, kimisə haqsız yerə tənqid etmisinizsə, kimisə incitmisinizsə, kiməsə pis cavab vermisinizsə... bu hərəkətlərinizin əvəzlənməsi və səhvlərinizi dərk etməyiniz üçün Allah Taaladan yardım istəyin. Bu cür yanaşma və bu hərəkət sizin Allah Taala ilə səmimiyyətinizi artıracaqdır.

 

7- Sizə əziz olan insanlarla o cümlədən valideninizlə, dostlarınızla, yoldaşınızla, övladlarınızla, ustadınızla... görüşüb ünsiyyətdə olduğunuzdan sonra səmimi rabitələrinizə görə Allah Taalaya təşəkkür edin və Ondan istəyin ki, bütün ömrünüz boyu sizə belə səmimi rabitələri nəsib etsin.

 

8- Hamımızın həyatında agrı-acrılı hadisələr olmuşdur. Həyatınızda baş vermiş acı və çətin hadisələri yadınıza salın, həmin hadisələrin müəyyən zaman çərçivəsində olması, ötüb keçməsini amma əksinə sizin o çətinliklər nəticəsində həyat təcrübələrinizin artmasına görə, həmçinin həmin hadislərdən sizin başı uca çıxmağınıza görə Allah Taalaya şükr edin.

Allah Taalanın sizi tək-tənha buraxmadığına, sizə etdiyi köməklərə görə xoşhal olun və Allah Taalata təşəkkür edin.

 

9- Etdiyiniz səhvləri, kobudluqları və pis rəftarlarınızı sıra ilə bir kağıza yazın, etdiyiniz bu yanlışlıqları yozmayın və başqalarını müsəqqir çıxarmağa çalışmayın, əksinə özünüzü həqiqi təqsirkar bilin. Sonra isə həmin kağızı yandırın və torpağa basdırın.

Allah Taaladan bağışlanmağınızı istəyin.

Allah Taalaya dua edin ki, bir daha o səhvləri və kobudluqları təkrarlamamağınız üçün sizə yardımçı olsun.

 

10- Sizə muştuluq verən və şad xəbər deyən adama, eləcə də sizə hədiyyə verən adama nə qədər təşəkkür edirsiniz? O xoş xəbərlər və hədiyyələr sizə nə qədər müsbət təsir edir? Təbii ki, deyəcəksiniz: -Xeyli çox müsbət təsir edir və çoxlu, özüdə ürəkdən təşəkkür edirik.

Bu halınızı hər gün Allah Taala ilə də qoruyub saxlayın. Çünki Allah Taala sizə elə şeylər bəxş edib ki, heç kim onları sizə verə bilməzdi. Hər gün və hər an Allah Taala sizə gözləmədiyiniz yerdən maddi və mənəvi nemətlər bəxş edir.

Hər gün səhər yuxudan oyanırsınızsa və sağlamsınızsa Allah Taalaya şükr edin. Nə qədər sağlam insanlar var ki, səhərə sağ çıxmırlar. Gecəni yatırlar və bir daha oyanmırlar.

Hər gün günəşin saçmasından, sudan, havadan, təbiətdən, validyninizdən, dostlarınızdan, əxlaq ustadınızdan ... bəhrələnirsiniz. Nə qədər insanlar var ki, zəlzələyə, selə, müxtəlif xəstəliklərə, əzizlərinin ölümünə və sair acı hadisələrə düçar olurlar.

Hər gün imanınızdan, dini etqadınızdan, namazınızdan ... bəhrələnirsiniz.

Elə isə Allah Taalaya səmimi qəlbdən təşəkkür edin.

baxılıb: 526 dəfə