Əxlaqi tərəqqinin yolları

Allah ilə dostluq rabitəsi əxlaqı da möhkəm edir 1

Allaha iman və etiqadın möhkəmlənməsi üçün təcrübədən keçmiş 20 sadə yol Birinci hissə 1 - 5-ci yollar

İnsanda imanın yaranması, qorunması və inkişaf etməsinə səbəb olan vacibi –namaz, oruc, xüms, zəkat, həcc və sair- əməllər, həmçinin müstəhəbbi və əxlaqi –valideynə xidmət, əxlaqi məclislərdə iştirak etmək, ziyarətlət və sair- əməllərdən əlavə elə mövzular da vardır ki, insanların çoxu onlardan xəbərsizdirlər.

Onu da deyək ki, bu üsullar sizin imanınızın güclənməsinə təsirli olmaqdan əlavə stress, depresiya və nigarançılıqları sizdən uzaqlaşdıracaqdır.

 

1- Qab-qacaq və paltar yumaq, xörək bişirmək, yer yığışdırmaq, iş yerində fəaliyyət, avtomobildə tıxaclarda qalmaq kimi gündəlik təkrar olunan hadisələr zamanı Allah Taala ilə bağlı şer ya mahnı zümzümə edin. Yadınızda olsun ki, Allah Taalanın adı və yadı ilə olan hər bir iş ibadətdir. Bu sizin qəlbinizin aram olmasına, Yaradan ilə birbaşa rabitənizə, sizin müsbət enerji almağınıza, mənfi enerjilərin sizin içinizdən çıxmasına və sairə səbəb olacaqdır.

 

2- Hər gün bir iki dəqiqə xəlvət və sakit yerdə oturub həyatda qazandığınız uğurlar barədə düşünün. İş, təhsil, evlənmək, məskən, xarici səfərlər, ziyarətlər, övlad, sağlamlıq… barədə. Həyatda qazandığınız bütün bunlara görə Allah Taalaya şükr edin. Sevinin və fərəhlənin ki, siz şükr edənlərdənsiniz. Belə etməyiniz sizi Allah Taalaya daha da yaxınlaşdıracaqdır.

 

3- Xoşlamadığınız və bezdiyiniz işləri edin. Məsələn, bəzi tanışların və dostların hər gün təkrar olan danışıqlarına qulaq asın, ev işlərində həyat yoldaşınıza və ya ananıza, bacınıza kömək edin … və, fikrinizi dilxor olmağa qoymayın, əksinə Allah Taalaya şükr edin ki, sizə səbr və dözüm vermişdir. Bununla da siz özünüzü ələ almaq qüdrətinə malik olacaqsınız, başqalarının qəlbini fəth edəcəksiniz, həm də səbrinizə görə Allah Taalaya şükr etmiş olacaqsınız. Bunlara görə sevin və bir daha Allah Taalaya təşəkkür et.

 

4- Ata-ananız və ya sizi sevən, sizə hörmət edən hər bir şəxs sizə yaxşılıq edərkən, məsələn sizə xərclik verəndə, yemək bişirəndə, çay dəmləyəndə ya çay süzəndə, kürəyinizi masaj edəndə, gəzməyə aparanda, maşınla sizi getmək istədiyiniz yerə düşürəndə, siz qəmli olanda deyib gülməklə kefinizi açanda ... Allah Taalaya şükr edin ki, belə yaxşı insanları sizə qismət edib. Yadınızda olsun ki, Allah Taala sizi necə də çox istəyir ki, nə qədər insan sizə yaxşılıq edir. Allah Taala sizi qoruyur və hifz edir.

 

5- Şəkil albomunuza vaxtaşırı nəzər salın və şəkillərinizə baxın. Ailə şəkillərinə, toylarda çəkdirdiyiniz şəkillərə, dostlarla müxtəlif yerlərdə çəkdirdiyiniz şəkillərə, ziyarətlərdə çəkdirdiyiniz şəkillərə ... baxın və onlarla əlaqədar Allah Taala ilə söhbət edin. Allah Taalaya deyin: “İlahi, valideynimin ömrünü uzun et”, əgər vəfat edibsə “İlahi, valideynimə rəhmət et günahlarını bağışla”, “İlahi, bacımı, qardaşımı xata-bəladan qurtar”, “İlahi, dostlarımı təhsildə və ya işində müvəffəq et”, “İlahi, xalama, dayıma, əmimə, bibimə... şəfa ver”, “İlahi, ustadımın, müəllimimin... köməyi ol, onun elmini kamil et”, “İlahi, filan dostuma həyalı və əxlaqlı həyat yoldaşı nəsib et”...

Beləliklə sizin şəkil albomunuz sizi Allah Taalaya sevdirməkdə və sizin şürk edən insanlardan olmağınızda təsirli olacaqdır. Başqa sözlə desək sizin Allah Taala ilə rabitə qurmağınıza vasitə olacaqdır.

baxılıb: 591 dəfə