Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

İnsan haqlarına riayət etmək zəruridir

Qəsbkarlığın təhlükəsi

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

وقَالَ ( ع ) الْحَجَرُ الْغَصِيبُ فِي الدَّارِ رَهْنٌ عَلَى خَرَابِهَا

 

“Evdə olan qəsbi daş həmin evin viran olamsına zamindir.”

Nəhcül-bəlağə 240-cı (bəzi nüsxələrdə 232-ci) hikmətli kəlam

.

1- Haram əməllərdən və böyük günahlardan biri də başqalarının malını və ya haqqını qəsb etməkdir. Qəsbkarlıq mövzusunda malın yaxud haqqın qəsb edilməsinin valideyn ilə övlad, ər ilə arvad, qardaş ilə bacı və ya başqaları arasında baş verməsinin heç bir fərqi yoxdur.

Buna əsasən əgər, məsələn, valideyin və övlad, yaxud ər və arvad bir-birlərinin malından qarşı tərəfin razılığı olmadan götürərlərsə, həmçinin iki şərikdən biri o biri şərikin razılığı olmadan onun malından istifadə edərsə və ya mənimsəyərsə bu iş qəsbkarlıq sayılır və günahdır.

2- Başqasının malını qəsb etmiş şəxs etdiyi günaha görə tövbə etməkdən əlavə, mənimsədiyi malı dərhal sahibinə qaytarmalıdır və bu qaytarmanı nə qədər gecikdirsə ona daha çox günah yazılacaqdır. Əgər qəsb edilmiş mal aradan gedibsə və daha mövcud deyilsə, həmin malın bənzəri və ya pulu sahibinə qaytarılmalıdır. Məsələn, əgər bir nəfər başqasının qızıl üzüyünü qəsb edib və ya oğurlayıbsa, əgər o üzük hələ qalırsa həmin üzüyü dərhal sahibinə qaytarmalıdr. Yox, əgər həmin qızıl üzüyü satıbsa onun bərabəri olan qızıl üzük almalı ya da həmin üzüyün pulunu sahibinə qaytarmalıdır.

3- Həmçinin başqasının yerini, postunu, vəzifəsini, məqamını zəbt və qəsb etmiş şəxs tövbə etməkdən əlavə öz yerini layiqli sahibinə təhvil verməlidir. Başqasının yerini qəsb etmiş adam nə cəmiyyətə və nə dinə xeyir verə bilməz. Onun danışdıqları sözlər və etdiyi nəsihətlər insanlara heç bir müsbət təsir qoymaz.

4- Qəsbkarlıq insanın həyatının acı və bəlalı olmasına səbəb olur. İmam Əli əleyhissalamın buyurduğu kimi hər hansı bir evdə qəsbi olan hətta bir ədəd daş belə o evi xaraba qoyar, həm mənəvi həm də maddi cəhətdən.

Allah Taala bizi heç bir insan qarşısında günahkar və borclu etməsin.

baxılıb: 133 dəfə