Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!

Şeytanın fəaliyyətini zəiflədən yerlərdən biri də mübarək Ramazan ayıdır. Bu mövzu bir sıra hədislərdə müxtəlif formalarda açıqlanmışdır.


Məsələn; Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Ramazan ayının ilk günündə şeytanlar zəncirlənirlər."
.
Halbuki biz, bir çox insanların zeytanın təsirlərini bu ayda da qəbul etdiklərini görürük. Deməli, şeytanın təsirsiz olması kamil şəkildə olmur.
Bu şübhəni yox etmək üçün bir məsələni açıqlamaq lazımdır;
Şeytanın həbs edilməsi, zəncirlənməsi oruc tutan şəxsin əməllərindən asılıdır. Çünki orucluğa görə olan aclıq və susuzluq şeytanın insana nüfuz etmə yollarını bağlayır. Necə ki, sevimli Peyğəmbərimiz (s) buyurur:
"Ac qalmağınız ilə şeytanın sizin canınıza daxil olma yollarını bağlayın."
.
Həqiqətdə hər bir insan üçün şeytanın ona nüfuz etmə və həmin insanın canına daxil olma qədəri həmin şəxsin orucunun keyfiyyəti və səviyyəsi qədərindədir.
Oruc tutmayanlar,
və ya orucluğun hökmlərinə, ədəblərinə riayət etməyənlər üçün,
-Məsələn; oruc olduğu halda yalan danışan, qeybət edən, bədgümanlıq edən, ara vuran, tərəzidə aldadan, naməhrəmlərə baxan, söyüş söyən ... və sair pis əməlləri edən insanların qarşısında şeytana heç bir məhdudiyyət və maneə yoxdur. Belələri üçün şeytan zəncirsiz və azaddır.
.
Mübarək Ramazan ayı daxil olan kimi şeytanlar bütün oruc tutanlar üçün zəncirlənirlər, amma oruc tutanların əməlləri və rəftarları şeytanın zəncirlərdən azad olmasına səbəb olur, buna görə də şeytan istədiyi kimi həmin insanlara təsir edə, onları istənilən günah, pislik və xatalara sövq edə bilir.
-Bu hədisə diqqət edək:
Peyğəmbərlərin ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur:
"Ey insanlar! Bu ayda cənnətin qapıları açıqdır, Allahdan istəyin ki, o qapıları sizin üzünüzə bağlamasın. Cəhənnəmin qapıları bağlıdır, Allahdan istəyin ki, o qapıları sizin üzünüzə bağlı saxlasın. Şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə qalib etməsin."
Sonda onu da deyək ki, NƏFS insanı bu ayda da rahat buraxmaq istəmir. İnsanı günahlara və pisliklərə sövq edir ki, bununla şeytanları da azad edə bilsin.
 

baxılıb: 512 dəfə