Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Uzun arzular barədə olan ayələrə bir baxış

Dedik ki, arzu insan həyatının bir hissəsidir və insan arzusuz yaşaya bilməz. Lakin hər xasiyyətin bir mötədil (orta, normal) səviyyəsi var. Səviyyəni aşdıqda artıq fəsada (pozuculuğu, pis xasiyyətə) çevrilir. Məs: çay gözəldir, axır və insanlar onun suyundan istifadə edirlər. Amma çay daşdıqda (sel) qabağına keçən hər bir şeyi dağıdır və məhv edir.

 

1- Əraf surəsi 74-cü ayə

وَ اذْكُرُواْ إِذْ جَعَلَكمُ‏ خُلَفَاءَ مِن بَعْدِ عَادٍ وَ بَوَّأَكُمْ فىِ الْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًا وَ تَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا  فَاذْكُرُواْ ءَالَاءَ اللَّهِ وَ لَا تَعْثَوْاْ فىِ الْأَرْضِ مُفْسِدِينَ

“(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”

Bu ayə Səmud qövmü ilə əlaqədar nazil olmuşdur və onlar bütün ömürlərini bir-birilərinə acıq vermək üçün dağları yarıb səhrada saraylar tikməyə sərf edirdilər. Hansı ki, dağları yarıb düzəltdikləri evlərdə yaşayırdılar, amma bunula belə çətinliklə bir-birinin acığına səhralarda saraylar tikirdilər. Onların uzun arzuları bütün vaxtlarını yalnız möhtəşəm evlər tikməkdə rəqabətə sərf olunduğundan peyğəmbərlərin dəvətini qəbul etmirdilər.

 

2-Şüəra surəsi 128 və 129-cu ayələr

أَ تَبْنُونَ بِكلُ‏ رِيعٍ ءَايَةً تَعْبَثُونَ

وَ تَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تخَلُدُونَ

“Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz? Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!”

 

3- Hədis surəsi 14-cü ayə

يُنَادُونهَمْ أَ لَمْ نَكُن مَّعَكُمْ  قَالُواْ بَلىَ‏ وَ لَاكِنَّكمُ‏ فَتَنتُمْ أَنفُسَكُمْ وَ تَرَبَّصْتُمْ وَ ارْتَبْتُمْ وَ غَرَّتْكُمُ الْأَمَانىِ حَتىَ‏ جَاءَ أَمْرُ اللَّهِ وَ غَرَّكُم بِاللَّهِ الْغَرُورُ

“(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli. Lakin siz özünüzü fitnəyə saldınız, siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (İslama) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (uzun arzular) aldatdı. Sizi Allah barəsində o tovlayan (Şeytan) tovladı!”

 

4- Hicr surəsi 3-cü ayə

ذَرْهُمْ يَأْكُلُواْ وَ يَتَمَتَّعُواْ وَ يُلْهِهِمُ الْأَمَلُ  فَسَوْفَ يَعْلَمُونَ

“(Ya Rəsulum!) Qoy hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!”

Gördüyünüz kimi bu ayədə Allah Taala peyğəmbərə buyurur ki, onlarla işi olmasın. Halbuki peyğəmbərin işi hamıyla olmalıdır, peyğəmbərin İlahi vəzifəsi səviyyəsindən, irqindən, dilindən asılı olmayaraq bütün insanları hidayət etməkdir. Odur ki, həzrət Muhəmməd (s) buyurur:

“Mən tibbi ilə gəzən bir təbibəm.”

Adətən insanlar həkimləri çağırırlar, amma ruhların həkimi olan peyğəmbər özü insanların sorağına gedir.

Uzun arzulara qərq olmuş insanlar o qədər alçaqlıqlara enmişlər ki, Allah Taala öz peyğəmbərini onlara baş qoşmamağa dəvət edir.

 

5- Huməzə surəsi 1, 2və 3-cü ayələr

وَيْلٌ لِّكُلّ‏ هُمَزَةٍ لُّمَزَةٍ

الَّذِى جَمَعَ مَالًا وَ عَدَّدَهُ

يحَسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ

“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.”

 

6- Muhəmməd (s) surəsi 25-ci ayə

إِنَّ الَّذِينَ ارْتَدُّواْ عَلىَ أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَينَ‏ لَهُمُ الْهُدَى  الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَ أَمْلىَ‏ لَهُمْ

 “Həqiqətən Şeytan doğru yol aydın olduqdan sonra geriyə dönən kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır.”  

baxılıb: 525 dəfə