Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Əxlaqlı şəxs "uzun arzular"dan uzaqdır.

Uzun arzular

Bu xüsusiyyətin əsli bəyənilən və zəruri olmasına baxmayaraq, insanın kontrol və nəzarətindən çıxmaması mühümdür. “Arzu” insanın nəzarətində çıxdıqda insan üçün “uzun arzular” adlı böyük bir bəlaya çevrilir, elə bir bəla ki, həmin insanın həm dünyasını həm də axirətini məhv edir. Odur ki, uzün arzular Qurani-kərimdə və hədislərdə qətiyyətlə pislənmişdir.

Arzu insan həyatının əsas bir hissəsini təşkil edir. Yəni insanı yaşadan əsas vadaredici qüvvələrin biri də arzudur. Əgər bir insanda arzu olmazsa o  insan yaşaya bilməz.

Deməli, bu sifət öz özlüyündə bəyəniləndir, lakin onu nəzarətdə saxlamaq  və şərtlər, qaydalar çərçivənsində həyata keçirmək lazımdır. Çünki bu sifəti, yəni arzu etməyi nəzarətdə saxlaya bilməmək, belə ki, xəyal qüvvəsinin arzunu şişirtməsi və sair insanın reallıqdan uzaqlaşdırılmasına, eləcə də arzunun insan həyatını iflic vəziyyətə salmasına səbəb olar.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال صلى الله عليه وآله : الامل رحمة لامتي ولولا الامل ما رضعت والدة ولدها ، ولا غرس

غارس شجرا

 “Arzu mənim ümmətim üçün Allahın bir rəhmətidir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban bağda ağac əkməzdi.”

Biharul ənvar 74-cü cild 173-cü səhifə

Hədislərdən birində oxuyuruq:

“Həzrət İsa əleyhissalam yol ilə gedərkən görür ki, bir qoca kişi yayın istisində əlində bel tutub yer belliyir. İsa dayanıb bu kişiyə baxır və Allaha deyir: “İlahi, bu kişidən arzu hissini al.” Bu zaman gördü ki, qoca kişi beli tullayıb gedib uzandı. Sonra İsa(ə.s) buyurdu: “İlahi arzu hissini geri qaytar.” Bu zaman gördü ki, qoca kişi cəld yerindən qalxdı, beli götürüb işləməyə başladı. Həzrət İsa həmin qoca kişiyə yaxınlaşaraq dedi: “mən səndən iki hərəkət gördüm. Əvvəl beli atdın və gedib uzandın, sonra isə cəld qalxıb yenidən işləməyə başladın.”

 Qoca kişi dedi: “mənim 80 yaşım var və buranı belliyib əkib-becərirəm,bunula ailəmi saxlayıram, mənim bir neçə arzularım var. Amma birdən ağlımdan keçdi ki, əşşi 80 yaşın var, bu gün sabah dünyadan gedəcəksən niyə özünü bu qədər əziyyətə salırsan, bu fikirlərlə beli tullayıb gedib uzandım. Sonra fikirləşdim ki , camaat 110 – 120 il yaşayır, niyə ölümü fikirləşirsən və bu fikirlə qalxıb yenidən işləməyə başladım.” 

Biharul ənvar 14-cü cild 329-cu səhifə

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Ey camaat! Sizin iki ən dəhşətli şeyə -birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı, sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür.

Nəhçül-Bəlağə 42-ci xütbə.

 

Yəni arzu insan həyatının bir hissəsidir və insan arzusuz yaşaya bilməz. Lakin hər xasiyyətin bir mötədil səviyyəsi var. Səviyyəni aşdıqda artıq fəsada çevrilir. Məs: çay gözəldir, axır və insanlar onun suyundan istifadə edirlər. Amma çay daşdıqda (sel) qabağına keçən hər bir şeyi dağıdır və məhv edir.

Allah Taala Qurani-kərimin Şura  surəsinin 27-ci ayəsində buyurur:

وَ لَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْاْ فىِ الْأَرْضِ

“Biz insanların hamısına bol ruzi versəydik, onlar yer üzündə tuğyan edərdilər.”

Ardı var...

baxılıb: 479 dəfə