Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ölümdən qorxmağın səbəbləri

Birinci hissə

Ölümün tərifi ilə əlaqədar əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

اَلْمَوتُ مُفارِقَةُ دارِ الفَناءِ و ارتحالٌ الی دارِ البَقاءِ

 

“Ölüm, fəna (köçmək) evindən ayrılmaq və bəqa (qalmaq) evinə köçməkdir.”

Qurərul hikəm 2-ci cild 161-ci səhifə3085-ci hədis

 

İnsanın qorxması və dəhşətə gəlməsinə səbəb olan amillərin arasında bəlkə də ölümdən qorma düşüncəsi qədər insanı nigaran edə bilməz. İnsan başqa işlərlə başını qatması ilə ölümü özünə unutdura bilər, amma qohumlardan və əzizlərindən kiminsə ölümü baş verən kimi dərhal həmin düşüncə onun başının üstünü alır, o isə çarəni yalnız fikrini başqa şeylərlə dağıtmağa çalışması ilə yenidən bu düşüncədən qurtulmaq istəyir.

Ölümdən qorxmaq düşüncəsi insana məxsus xüsusiyyətlərdəndir. Hər bir insan canının qorunmasını istəməkdən əlavə həm də əbədi yaşamaq arzusundadır. İnsan əbədi həyata nail olmaq və daimi yaşamaq istəyir. Buna görə də bütün gücü ilə qocalmaq və onun ölümünü yaxınlaşdıra biləcəyini ehtimal verdiyi hər bir səbəbə qarşı mübarizə aparır.

İnsanda olan təbii hiss və duyğyların hamısı həmin istəklərin xarici aləmdə varlığından xəbər verir, belə ki, susuzluq suyun varlığından, aclıq yeməyin varlığından və sair xəbər verir. Həmçinin insanda daimi və həmişəlik yaşamaq meyli bu aləmdən başqa əbədi bir aləmin də varlığından xəbər verir.

Ölüm, müvəqqəti həyatdan əbədi həyata keçiddirsə, bir çox insanlar nə üçün ölümdən qorxurlar?!

 

1- Ölümün həqiqətindən xəbərsiz olmaq

İnsanın ölümdən qorxmasının səbəblərindən biri ölümün həqiqətindən, yəni ölümün müvəqqəti həyatdan yüksək əbədi həyata keçid olmasından xəbərsiz olmasıdır. Belələri elə bilir ki, ölüm ilə onun varlığı sona yetəcək.

Peyğəmbərlər və İmamlar ölümün həqiqətini açıqlamaqları ilə insanları ölümün qorxusuna qarşı mübarizəyə qaldırır, “ölüm yeni təvəllüddüqür ki, bu keçid ilə insan müvəqqəti və fani aləmdən əbədi və ölməz bir aləmə qədəm qoyur” kəlamını hamıya çatdırırlar.

10-cu imam Əliyyən Nəqi əleyhissalam xəstələnmiş dostlarından birinin evinə gəlib onu qorxu içində ağlayaraq gördükdə buyurdu:

 

يا عبدالله تخاف من الموت لانک لاتعرفه

 

“Ey Allahın bəndəsi, sən ölümdən ona görə qorxursan ki, onun həqiqitindən xəbərsizsən.”

Məaniyul əxbar 290-cı səhifə

 

Həmçinin 9-cu imam Məhəmməd Təqi əleyhissalamdan bir çox müsəlmanların ölüm zamanından qorxmalarının səbəbini soruşarkən həzrət buyurdu:

 

لانهم جهلوه فکرهوه و لو عرفوه و کانوا من اولياء الله عز و جل لاحبوه و لعلموا ان الآخرة خير لهم من الدنيا

 

“Çünki ondan xəbərsizdirlər, ona görə də ölümü xoşlamırlar. Əgər onu tanısaydılar və Allahın dostlarından olsaydılar onu sevərdilər, həm də bilərdilər ki, onlar üçün axirət həyatı dünyadan daha xeyirlidir.”

Məaniyul əxbar 290-cı səhifə 8-ci hədis

 

2- Dünyaya dərin bağlılıq

Ölümdən qorxmağın başqa bir səbəbi dünyaya həddən artıq dərin və şiddətli bağlılıqdır ki, insana öz axirətini tamamilə unutdurur. Hədəf və məqsədi yalnız dünya həyatı olur. Belə insan dünya ləzzətlərindən doymur və daima yeni lzzətlərin ardıncadır, buna görə də onun təbiətinə qoyulmuş əbədi həyatı elə bu dünyada axtarır. Öləcəyi ehtimalını verəndə isə onu qorxu və vəhşət bürüyür, stress və nigaranşılığa düçar olur. Çünki bu şəxs əmindir ki, onun ölümü ilə hər şey yoxa çıxmaqdan əlavə onun varlığı da yox olacaqdır.

Məhz ona görədir ki, Qurani-kərim, Peyğəmbərlər və İmamlar insanlara tez tez dünya həyatının alçaq, kiçik və çox əhəmiyyətsiz bir aləm olduğunu, axirətin isə hər cür daimi nemətlərlə dolu, daimi və üstün bir həyat olduğunu bildiriblər.

Qurani-kərim Nisa surəsinin 77-ci ayəsində buyurur:

 

قُلْ مَتاعُ الدُّنْيا قَلِيلٌ وَ الْآخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقي

 

“Onlara de: Dünyanın faydası və mənfəəti azdır, lakin təqvalılar (imanlılar) üçün axirət daha xeyirlidir.”

 

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

ايها الناس انما الدنيا دار مجاز و الآخرة دار قرار

 

“Ey insanlar, dünya keçid yeri, axirət isə qalmaq yeridir.”

Nəhcül bəlağə 203-cü xütbə

 

Dini təlimlərin sayəsində axirət həyatının əbədi olmasını və nemətlərinin dünyadakı nemətlərdən üstünlüyünü dərk edən şəxs ölümdən qoxmur, çünki ölümün yalnız dünya ləzzətlərinə son qoyacağını bilir.

Ardı var...

baxılıb: 622 dəfə