Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

SƏN XOŞBƏXTSƏNMİ?

-Başının üstündə tavanın varmı?! -Yeməyə Çörəyin, geyinməyə Paltarın, yatıb dincəlmək üçün Vaxtın varmı?!

-Çağırılmaq üçün Adın,
oxumaq üçün Kitabların,
başqalarına öyrədə biləcəyin Bilik və Məlumatların varmı?!
-Bir qocaya kömək etmək və səbətini götürmək üçün Sağlam bədənin,
insanlarla danışmaq üçün Sözlərin,
gülmək və güldürmək üçün Ağızın varmı?!
-Hiss etmək üçün Anların,
sevib sevilməyə layiq olan Qəlbin,
həyatı dərk etməyə qadir Ağılın varmı?!
İtaət və ibadət üçün Allahın,
Haqq yolu göstərən Quranın,
Həyatı başa salan Peyğəmbərin və intizarında olduğun İmamın varmı?!
İstəklərini yazmaq üçün Barmaqların,
dostlarının sənə yazdıqları məktubları oxumaq üçün Gözün,
sevdiyin insanları dinləmək üçün Qulağın varmı?!
.....
DEMƏLİ, SƏN XOŞBƏXTSƏN.
ALLAH TAALA SƏNİ HƏR İKİ DÜNYANIN XOŞBƏXTİ ETSİN.
HƏZRƏT MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD XATİRİNƏ!

baxılıb: 703 dəfə