Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Məqam pərəstlik və şöhrət pərəstlik

Bəyənilməyən və pis əxlaqi xasiyyətlərdən bir də məqam və şöhrət sevgisi ilə yaşamaqdır.

Məqam pərəstlik və şöhrət pərəstlik elə bir təhlükəli sifətdir ki, bir çox evləri viran etmiş, ölkələri məhvə sürükləmişdir. Həmçinin bu sifətlər insanın həm dinini həm də dünyasını puç edən sifətlərdəndir.

Özünü islah etməmişdən əvvəl insanlara rəislik, sədrlik etmək istəyən şəxs özünün gizli dünyəvi hədəflərinə, məqsədlərinə çatmaq üçün insanlara və ölkəyə istənilən xəyanəti etməyə belə hazır olacaqdır.

Məqam pərəstlik və şöhrət pərəstlikdən məqsəd vəzifənin və başçılığın vurğunu olmaq, eləcə də vəzifəyə pul və var-dövlət toplamaq yeri kimi baxmaqdır.

Buna görə də elə insanlar vəzifədə olmalıdırlar ki, onlar vəzifəni Allah Taalanın razığılını qazanmaq və insanlara xidmət etmək mənasında başqa düşürlər.

Belə ki, tarixi sənədlərə əsasən “Müaviyə xilafəti ələ keçirdikdən sonra birinci səfərini Kufəyə etdi. Kufəyə gəldikdə hamını Kufə məsçidinə yığaraq belə dedi: -Neçə illərdir mən mübarizə aparırdım, mənim mübarizəm sizin namaz qılmağınız və ya oruc tutmağınız üçün deyildi. Mən bütün ömrüm boyu müharibə etmişəm ki, sizin başınızın üstündə duram, sizə ağalıq edəm. Arzuma da çatdım.”

Amma özünü islah etmiş pak insanlar vəzifəni çətin bir məsuliyyət altına girmək olduğunu bilirlər.

Tarix kitablarının yazdıqlarına əsasən “İbn Abbas deyir: -Mən bir gün əmirəlmöminin Əli əleyhissalama dedim: -Ya Əli! Hakimiyyət və xilafət də üstün bir şeydir, böyük bir məqamdır.

Əli əleyhissalam buyurdu: ey İbn Abbas, mənim ayağımdakı bu ayaqqabıma nə qədər pul verərlər?

İbn Abbas deyir: baxdım ki, ayaqqabıda neçə dənə yamaq var. Dedim: ya Əli buna bir dirhəm ancaq verərlər.

Əli əleyhissalam buyurdu: -ey İbn Abbas, and olsun Allaha, hakimiyyətin, başçılığın mənim yanımda bu ayaqqabı qədər dəyəri yoxdur.”

Buna görə məsum İmamların heç biri heç vaxt hakimiyyət marağında, həvəsində olmayıblar.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

آخر ما يخرج من قلوب الصديقين حب الجاه

 

“Siddiqlərin (kamil insanların) qəlblərindən çıxan axırıncı pis xasiyyət məqam və şöhrət pərəstlikdir.”

Muqəddimətul məkasib 116-cı səhifə

 

1. Qurani Kərim 28-ci Qəsəs surəsinin 83-cü ayəsində buyurur:

 

تِلْكَ الدَّارُ الاَخِرَةُ نجَعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فىِ الْأَرْضِ وَ لَا فَسَادًا  وَ الْعَاقِبَةُ لِلْمُتَّقِينَ

 

 “Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur”

 

2. Qurani Kərim 11-ci Hud surəsinin 15-16-cı ayələrində buyurur:

 

مَن كاَنَ يُرِيدُ الْحَيَوةَ الدُّنْيَا وَ زِينَتهَا نُوَفّ‏ِ إِلَيهْمْ أَعْمَالَهُمْ فِيهَا وَ هُمْ فِيهَا لَا يُبْخَسُونَ

أُوْلَئكَ الَّذِينَ لَيْسَ لهَمْ فىِ الاَخِرَةِ إِلَّا النَّارُ  وَ حَبِطَ مَا صَنَعُواْ فِيهَا وَ بَاطِلٌ مَّا كَانُواْ يَعْمَلُونَ

 

Biz (axirəti qəbul etməyib yalnız) dünya həyatını və onun zinətini, bəzəyini istəyənlərin əməllərinin əvizini (mükafatını) elə orada (dünyada) verərik və heç bir mükafatı (axirətə) saxlamarıq.

Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!

 

3. Qurani Kərim 17-ci İsra surəsinin 18-19-cu ayəsində buyurur:

 

مَّن كاَنَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَئهَا مَذْمُومًا مَّدْحُورًا

وَ مَنْ أَرَادَ الاَخِرَةَ وَ سَعَى‏ لهَا سَعْيَهَا وَ هُوَ مُؤْمِنٌ فَأُوْلَئكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

 

“Kim yalnız bu ötəri (dünyanı) istəsə biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra isə onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada qınanmış və qovulmuş halda yanar.

Amma mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunaraq həmin şəxs mükafatlandırılacaq.”

 

4. İmam Musa Kazım əleyhissalam buyurur:

 

قال أبو الحسن عليه السلام ما ذئبان ضاربان في غنم قد غاب

عنها رعاؤها ، بأضر في دين المسلم من حب الرئاسة

 

“Riyasət və başçılıq etməyi sevən müsəlmanın təhlükəsi çobansız qoyun sürüsünə hücum edən iki canavarın təhlükəsindən daha çoxdur.”

Müstədrəkul vəsail 11-ci cild 381-ci səhifə 13309-cu hədis

baxılıb: 564 dəfə