Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bəşəriyyətin bəlası “Təkəbbür” 3-cü hissə

Bəzi insanların təkəbbürlük etmələrinə və özlərini başqalarından böyük saymaqlarına səbəb nədir?!

Təkəbbürü yaradan səbəblər.

İnsanlarda təkəbbürə səbəb olan amillər çoxdur. Onların beşi daha çox yayılmış səbəblərdir. İndi insanlarda təkəbbür sizə yaradan beş səbəbdən birincisini açıqlayırıq:

1. Elm və bilik.

Bəzi insanlar malik olduqları elm və savadlarına görə özlərini başqalarından böyük və uca bilirlər. Əlbəttə, bu pis xüsusiyyətə düçar olmuş insanlar özlərini islah etməmiş və əxlaqi saflıqdan məhrum olan, başqa sözlə desək nəfsin nökəri olan insanlardırlar. Harada elmli lakin əxlaqi kəramət və fəzilətlərdən məhrum olan insanları görsəniz onlarla ünsiyyət zamanı ehtiyatlı olun. 
Yoxsa, özünü islah etmiş və əxlaqi-mənəvi saflığa malik olan insanların elmləri çoxaldıqca onlar daha da sadə və təvazökar olurlar. Başqalarını nəinki aşağı görmürlər, əksinə özlərinə başqalarından aşağı və başqalarını özlərindən üstün bilirlər.

Hədisi qüdsidə oxuyuruq:
“Allah Taala həzrət Musa peyğəmbərə buyurdu: Ey Musa! Sabah özündən aşağı olan bir yaradılışla gələrsən.
Səhəri gün Musa peyğəmbər Allah Taala ilə münacata tək getdi.
Allah Taala buyurdu: -Ey Musa, nə üçün tək gəlmisən?
Həzrət Musa dedi: İlahi, mən nə qədər fikirləşdim ki, görəsən millətimin içində məndən aşağı kim ola bilər heç kimi özümdən aşağı saya bilmədim. Qordum ki, məndən üstün olmuş olar. Axı heç kimin qəlbindən mənim xəbərim yoxdur...
Allah Taala buyurdu: -Afərin sənə ey Musa. Ey mələklər, baxın Mənim peyğəmbərimə...”

İnsan daim bilik toplamaq ardıyca gedir, belə ki, insan təbiətcə bilməyə və öyrənməyə meyillidir.

Qurani-kərim 16-cı Nəhl surəsinin 78-ci ayəsində buyurur:

وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükür edəsiniz!”

İnsan bu dünyada yaşadıqca öyrənir, bilik əldə edir və nəhayət elmdə müəyyən bir həddə çatır. Tarix boyu insanlar bilikli adamlara ehtiram edib onlardan bilmədiklərini soruşub öyrəniblər.

Qurani Kərim 39-cu Zumər surəsinin 9-cu ayəsində buyurur:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ

“ De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Yalnız əsil ağıl sahibləri ibrət alar!”

Elm və bilik insanın tərəqqi etməsi, həm özünü islah etməsi və həm də başqalarını islah olunmasıda vasitəçilik, yəni müəllimlik etməsi ... üçündür. Amma nəfsinə uyan və əxlaqi saflıqdan məhrum olan insanlar elmlərinin çoxluqlarını başqalarından ucalıq və üstüklük səbəi kimi bilirlər, təkəbbürlük edərək başqalarının ikinci dərəcəli insanlar sayırlar. Belə insanlar özlarındən başqalarını alçaqlıq və həqarət gözü ilə baxırlar. Onları tərifləməyən insanları özlərinin düşməni bilirlər. 
İnsan özünü bu cür elmli bilməklə və özünü başqalarından üstün saymaqla Allah Taalaya sarı olan tərəqqi yollarını özünə bağlayır. 
Ardı var...

baxılıb: 575 dəfə