Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Bəşəriyyətin bəlası “Təkəbbür” 2-ci hissə

2- İnsanlara qarşı olan təkəbbür...

 

Qurani-kərim 31-ci Loğman surəsinin 18-ci ayəsində buyurur:

وَ لَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَ لَا تَمْشِ فىِ الْأَرْضِ مَرَحًا  إِنَّ اللَّهَ لَا يحُبُّ كلُ‏َّ مخُتَالٍ فَخُورٍ

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

لن يدخل الجنة من في قلبه مثقال
ذرة من الكبر  فقالوا  يا رسول الله إن أحدنا يحب أن يكون ثوبه
حسنا ونعله حسنا   فقال  إن الله جميل يحب الجمال  ولكن
الكبر  بطر الحق  وغمص الناس

“Qəlbində xardal dənəsi boyda (hətta azacıq belə) təkəbbürlük olan şəxs Cənnətə girməyəcək.
-Soruşdular: ey Allahın Peyğəmbəri!  Bizim bəzilərimiz gözəl paltarlar geyinməyi sevirik (bu da təkəbbür sayılırmı?)
Peyğəmbər (s) buyurdu:
-Həqiqətən Allah gözəldir və gözəllikləri də sevir. Lakin təkəbbür budur ki, haqqı inkar edəsiniz və insanları kiçik, alçaq sayasınız.”
əl-Qəvaid vəl-fəvaid (müəllif: Şəhid Əvvəl) 2-ci cild 152-ci səhifə

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

عن أبي جعفر عليه السلام قال  الكبر رداء الله ، والمتكبر ينازع الله رداءه

“Böyüklük (və əzəmət yalnız) Allaha məxsusdur. Kim bu sifəti özünə aid etmək istəyərsə deməli həmin şəxs Allah ilə mübahisə edir.”
Rəvzətul muttəqin fi şərhi mən la yəhzurəhul fəqih (müəllif: Məhəmməd Təqi Məclisi) 12-ci cild 122-ci səhifə 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

إِنَّ الْمُتَكَبِّرِينَ يُجْعَلُونَ فِي صُوَرِ الذَّرِّ

“Təkəbbürlü adamlar (qiyamət günündə) məhşərə qarışqa surətində gətiriləcəklər.”
əl-Kafi (müəllif: Şeyx Kuleyni) 2-ci cild 311-ci səhifə

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

أمقت الناس المتكبر

“(Qiyamət günündə) insanların ən pisi (nifrətə daha çox düçür olanlar) təkəbbürlü insanlar olacaqlar.”
Məanil əxbar (müəllif: Şeyx Səduq) 196-cı səhifə

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

عجبت لابن آدم أوله نطفة  وآخره جيفة  وهو قائم بينهما وعاء للغائط  ثم يتكبر

“(Təkəbbürlü) insana təəccüb edirəm, belə ki, onun əvvəli məni (sperma) axırı leş (iylənmiş cəsəd) və bu ikisinin arasında (həyatı boyu) qarnında nəcis (murdar) gəzdirməkdə olduğunu bildiyi halda necə təkəbbürlük edir?!”

Biharul ənvar (müəllif: Əllamə Məhəmməd Baqir Məclisi) 70-ci cild 234-cü səhifə

Quran və hədislər təkəbbürün hər iki növünü pisləyir və insanı cəhənnəmlik edən əsas vasitələrdən hesab edirlər. Əgər insan kimisə özündə aşağı bilərsə, başqalarını kiçik görərsə, deməli onda təkəbbür var. Onu da qeyd edək ki, təkəbbürün müxtəlif mərhələ və surətləri vardır
Ardı var...

baxılıb: 675 dəfə