Nalayiq xüsusiyyətlər və onlardan qurtulma yolları

Ücb (xudpəsəndlik, özünü bəyənmə) 2

İkinci hissə Ücbün (mığrurluğun, özünü bəyənməyin) dünya və axirət ziyanları

 

Dünyadakı ziyanları:

1. İnsanda ücbün olması insanı tərəqqidən, inkişafdan və elm öyrənməkdən saxlayır. Məsələn: Belə insan özünü o qədər elmli bilir ki, artıq elm öyrənməkdən uzaqlaşır,  kimdənsə dərs almağı özünə sığışdırmır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الاعجاب يمنع من الازدياد

“Ücb (özünü bəyənmək) insanda elmin çoxalmasına maneədir.”
Biharul ənvar 72-ci cild 316-cı səhifə

2. İnsan özünü bəyənməklə , insanları özündən narahat və narazı edir , bu anda o bunu dərk eləmir.

İmam Muhəmməd Təqi əleyhissalam buyurur:

من رضي عن نفسه كثر الساخطون عليه

“Özündən razı olan insandan narazı olanlar çox olar.”
Biharul ənvar 72-ci cild 316-cı səhifə

İmam Cəfər Sadiq buyurur:

لا جهل اضر من العجب

“Ücb (özünü bəyənmək)  ən ziyanlı nadanlıqdır.”
Biharul ənvar 72-ci cild 319-cu səhifə

3. Ücb insanın həqiqətləri dərk etməsinə mane olur və bunun nəticəsində həmin insan yaxşı işlərdən istifadə edə bilmir. Yəni heç bir şeyə doğru qiymət verə bilmir, heç bir şeyin dəyərini başa düşə bilmir.

4. Ücblü yəni özünü bəyənən insanlar həyatda adətən məğlubiyyət və uğursuzluqlarla üzləşirlər.
Odur ki, Qurani-kərim Həşr surəsinin 2-ci ayəsində buyurur:

هوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

“Kitab əhlindən kafir olanları ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! ibrət alın!”

Axirətdəki ziyanları

Ücbün axirət ziyanını bir mövzuda xülasə etmək olar ki, özünü bəyənən insanlar bu dünyada məğlub olurlarsa onların axirətdə daha pis bir əzabla qarşılaşacaqları təbiidir. Qurani-kərim Kəhf surəsinin 103,104 və105-ci ayələrində buyurur:

قُلْ هَلْ نُنَبِّئُكُم بِالْأَخْسَرِينَ أَعْمَالا
الَّذِينَ ضَلَّ سَعْيهُمْ فىِ الحْيَوةِ الدُّنْيَا وَ هُمْ يحَسَبُونَ أَنهَّمْ يحُسِنُونَ صُنْعاً
أُوْلَئكَ الَّذِينَ كَفَرُواْ بِايَاتِ رَبِّهِمْ وَ لِقَائهِ فحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لهَمْ يَوْمَ الْقِيَامَةِ وَزْناً

“Daha ziyankarlar əməl sahiblərini sizə xəbər verimmi?!
O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.
Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!”

İmam Cəfər Sadiq əleyhissalam buyurur:
“Ücb(özünü bəyənmək) bir bitkidir ki, onun toxumu küfrdür, yeri  yəni torpağı nifaqdır, suyu zülmdür, budaqları nadanlıqdır, yarpaqları azğınlıqdır, meyvəsi isə lənət və cəhənnəmə düşməkdir. Deməli ücbü seçən insan küfr toxumu əkmişdir, onun tarlası nifaqdır və bilin ki, həmin adam yalnız bu səmərəni o əldə edəcəkdir.”
Biharul ənvar 72-ci cild 320-ci səhifə

Ücbün əlaməti

Ücbün xüsusi bir əlaməti yoxdur. Lakin belə insanlara xüsusi işarələr vardır. 
1. Qurani-kərim Qiyamət surəsinin 14 və 15-ci ayələrində buyurur:

بَلِ الْانسَانُ عَلىَ‏ نَفْسِهِ بَصِيرَةٌ
وَ لَوْ أَلْقَى‏ مَعَاذِيرَهُ

“İnsan nə qədər bəhanələr gətirsə də özü-özünü hamıdan yaxşı tanıyır.”

2. İmam Cəfər Sadiq əleyhissalam buyurur:

من لا يعرف لاحد الفضل فهو المعجب برايه

“Kim başqalarına şəxsiyyət verə bilmirsə deməli onda ücb vardır.” (Yəni başqalarını adam saymayan yaxud başqalarını özündən çox aşağı bilən insan ücb xəstəliyinə düçar olmuşdur.)
Biharul ənvar 72-ci cild 320-ci səhifə

baxılıb: 622 dəfə