Müəllim və Tələbə Əxlaqı

Ruh düşkünlüyü və stressdən uzaq olmağın yolu

Hazırkı iztirab və nigarançılıqla dolu olan dünyada sakitlik, dinclik və daxili rahatlıq içində yaşamaq bir çox insanların arzuladıqları ən böyük nemətə çevrilmişdir. Halbuki yalnız arzu etmək kifayət etmir, bu işdə irəliyə doğru addım atmaq və işə başlayıb hərəkət etmək lazımdır. Biz burada həmin sirrlərin ruhi və mənəvi yollarını açıqlayacağıq. Təki bu yollar vasitəsilə iztirab, stress, nigarançılıq və daxili təşvişdə olan insanların dünya həyatında aramlıq, sevinc və rahatlığa nail olmaqlarında xeyirli vasitəçi olaq, inşaAllah.

 

Brinci yol: Allah Taala ilə rabitəniz olsun.

İnsanın İlahi ruha ethiyacı ən azı yeni doğulmuş körpənin anaya ehtiyacı kimidir. Cism həyatının davam etməsi üçün hava və yeməyə ehtiyaclı olduğu kimi, ruh və batin də İlahi hidayətə və mənəvi qidaya ehtiyaclıdır.

Allah Taala Qurani-Kərimin Rəd surəsinin 28-ci ayəsində buyurur:


الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ  أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوبُ

 

“Onlar iman gətirmiş və qəlbləri Allahı yad etməklə aramlıq tapmış insanlardırlar. Agah olun ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapır.”

Namaz qılmaq, dua etmək, Qurani-Kərimi oxumaq, gecələr Allah Taala ilə münacat və razu-niyaz etmək insanın qəlbini nurlandırır, iztirab və nigaranşılıqları yox edir, insana rahatlı və aramlıq bəxş edir.

 

İkinci yol: Öz zahiri quruluşunuzdan razı olun.

Bədən həqiqətdə yaşamaq üçün vasitədir, insanın mənliyi və cövhəri deyil. Bizim zamanımızda bəzi insanlar öz şəxsiyyətlərini cismləri işə tanıtdırmaq istəyirlər. Təbiətdə ağacın keyfiyyəti onun insanlara verdiyi faydalarla tanındığı kimi insan da ruhi-mənəvi kamalı, ağlı, qabiliyyəti, əxlaqı və insanlara verdiyi faydalar ilə tanınır. Qərb filmləri və serialları içi puç və mənəviyyatdan uzaq insanların cismlərini bəzəməklə onların zahiri quruluşlarını insanlara nümunə kimi təqdim etməyə çalışır. Əslində o kinoların hədəfləri həmin rolların şəxsiyyətlərinin insanlara nümunə kimi təqdim etməsindən əlavə daha böyük hədəfi insanları öz cismlərindən narazı etmək və hər kəsdə özünə qarşı nifrət yaratmağa nail olmaqdır. Bilin ki, sizin şəxsiyyətiniz cisminizin formasına bağlı deyil.

Qurani-Kərimdə adına surə olan şəxsiyyətlərin biri də Loğmandır. Loğmanın peyğəmbər olması da ehtimal edilir. Hədislərə və tarixə əsasən Loğman cismi cəhətdən yaraşıqlı olmamışdır, onun yekə dodaqlara, iri pəncələrə və sair mailk olmasına baxmayaraq heç vaxt heç kim ona cisminə görə nöqsan tutmamış, əksinə hamı onu çox sevmiş və ehtiram etmişlər.

Həmçinin nəqillərə əsasən padşah öz vəzirinə deyir: -Leylini gətirin mənim yanıma, mən də Leylini görüm. Leylini padşanın yanına gətirirlər, padşah görür ki, Leyli qarayanız, arıq bir adi qızdır. Deyir: -Mən elə bilirdim, Leyli dünyanın ən gözəl qızıdır, bu ki adı bir qızdır. Məcnunu mənim yanıma gətirin. Məcnunu padşahın yanına gətirirlər. Padşah deyir: Ey Qeys (məcnunun əsil adı Qeys olub), o qara və arıq qızın nəyinə vurulmusan, gəl sənə gözəl ğöyçək bir kəniz verim, əl çək ondan. Məcnun deyir: -Padşah sağ olsun, Leylinin gözəlliyini görmək üçün Məcnun olmaq lazımdır.

İnsanların gözəlliyi onların cismində və zahiri quruluşunda deyil, əksinə onların əxlaqında, qabiliyyətində, ağlında və insaniyyətindədir.

 

Üçüncü yol: Müsbət düşünün.

Bizim düşüncə və əqidələrimiz enerji şəkilində ətrafa yayılır. Mənfi düşüncələr insanı həyatdakı müsbət şeyləri görməkdən saxlayır. Mənfi düşünən insanlar adətən həyatda mənfi hadisələrin qurbanlarına çevrilirlər. Mənfi düşüncəli olmaq insanın ruhunu daima iztirab və nigaranşılıqda saxlayır.

Çalışın müsbət düşünəsiniz. Nə yaxşı olar ki, həm özümüz həm də başqaları üçün ən gözəl arzular və düşüncələr ardınca olaq. Belə olduqda bizim ruhumuz aramlıq və şadlığın zirvəsinə ucalar.

 

Dördüncü yol: Hadisələri yaxşıya yozmağı bacarın.

Bu dünyada heç bir hadisə təsadüf üzündən baş vermir, hər bir hadisədə Allahın rəhməti və lütfü vardır. Hər bir hadisənin bizə sifarişləri və məsləhətləri vardır, təki o sifarişlər nəticəsində ruhumuz təkamülə yetişsin, həyatı daha yaxşı dərk edək, dünya görüşümüz inkişaf etsin.

Bir maral suyun kənarında dayanıb suda əks olunan şəkilinə baxırdı, dedi: Bəh-bəh, nə gözəl buynuzlarım var!! Birdən gözü nazik və uzun ayaqlarına sataşdı, dedi: Heyif bu qəşəng buynuzlara ki, bu eybəcər ayaqların üzərindədir. Beləcə eybəcər ayaqlarına görə gileylənir, gözəl buynuzlarına görə öyünürdü.Bu vaxt kənardan səs gəldi, gördü ki, ovçulardır, itləri maralın üstünə göndərdilər. Maraq böyük sürətlə qaçıb itlərdən xeyli uzaqlaşdı, itlər də onun dalınca qaçırdılar. Çöllüyün səhra və düzənlik hissəsi qurtardı, meşə başladı. Maral meşəyə girən kimi buynuzları köllara ilişdi və itlər marala çatıb onu tutdular. Maral məyus halda dedi: Mənim bu eybəcər ayaqlarım mənə nicat verdi ancaq bu gözəl buynuzlarım məni bədbəxt etdi.

Qurani-kərim Bəqərə surəsinin 216-cı ayəsində buyurur:

وَ عَسىَ أَن تَكْرَهُواْ شَيْا وَ هُوَ خَيرْ لَّكُمْ  وَ عَسىَ أَن تُحِبُّوا شَيْا وَ هُوَ شَرٌّ لَّكُمْ  وَ اللَّهُ يَعْلَمُ وَ أَنتُمْ لَا تَعْلَمُونَ

“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilmirsiniz.”

 

Beşinci yol: Müsbət xüsusiyyətlərinizi çoxaldın.

Mənfi xüsusiyyətlər insanın ruhunu qaranlıq saxlamaqla yanaşı insanı bədbin və uğursuz edir. Qeybət, töhmət, kin, xəsislik, paxıllıq və yalan kimi pis xüsusiyyətləri qəlbinizdən çıxarmayınca qəlbi aramlıq və rahatlığa mailk ola bilməzsiniz.

Amma qəlbinizi müsbət xüsusiyyətlərlə doldursanız ruhunuzu nurlandırmış olacaqsınız.

İnsan başqalarına kömək edəndə, başqalarına yaxşılıq edəndə müsbət hisslər onun ruhuna yayılır və bu müsbər qüvvələr insanın aramlığına va şadlığına səbəb olur.

Elə isə gözəl əxlaqa sahib olmağa çalışın, yaxşı xüsusiyyətlərə yiyələnin. Qurani-kərimdə Allah Taalanın bəyəndiyi xüsusiyyət və xarakterlərə sahib olmağa səy edin.

baxılıb: 115 dəfə