Müəllim və Tələbə Əxlaqı

Özünüzə inamı heç vaxt itirməyin.

Həyat məktəbinin dərslərindən yararlanın

Mühüm deyil ki, sizin neçə yaşınız var və ya siz hansı şəraitdəsiniz. Mühüm odur ki, siz özünüzdə, yəni daxilinizdə hələ işlətmədiyiniz imkanlar, qüdrətlər və bacarıqlara maliksiniz.

Həyatda qarşılaşdığınız məqlubiyyətlər sizin həmin məğlubiyyətləri təkrarlamağınız üçün deyil, əksinə o məğlubiyyətlərdən aldığnız dərslər və ibrətlər nəticəsində həyatınızda böyük uğurlar qazanmağınız üçündür.
Və bizim içimizdə olan o bacarıq və istedadlarımız bizdən daha gözəl istifadə edilmələri arzusundadırlar.

Baxın, çayların səsi ən gözəl səslərdən sayılır. Əgər çaylardakı daşlar (çay daşları) olmazsa həmin  çayın o cür gözəl səsi, şırıltısı olardımı?! Əlbəttə ki, yox.

Elə isə, bilməliyik ki, həyatımızdakı çətinliklərimiz və sıxıntılarımız olmasaydı biz həyatın gözəlliklərini dərk edə bilməzdik.

Arzuladığımız şeyi həyatda əldə etmək üçün çalışmaq və mübarizə aparmaq lazımdır, kənarda oturub insanlardan gileylənmək və ya Allahda şikayət etmək yox.

baxılıb: 451 dəfə