Müəllim və Tələbə Əxlaqı

Həyatın əsas 10 qanunu

Həyatın əsas on qanununu heç vaxt yaddan çıxarmayın.

Birinci qanun

Sizə cisim, yəni bədən verilmişdir. İstər cisminizi sevəsiniz, istər cisminizdən xoşunuz gəlməyə, hər iki halda bilməlisiniz ki, bu keçici dünyada həyatınız boyunca cisminiz sizinlədir.

 

İkinci qanun

Siz qeyri-rəsmi və bütün ömrünüz boyunca olacağınız “HƏYAT” adlı məktəbə üzv olmusunuz. Bu məktəbdə hər gün dərslər öyrənmək fürsətləriniz vardır. İstər bu dərsləri xoşlayasınız, istər bu dərslərə nifrət edəsiniz. Elə isə yaxşıdır ki, öyrənməklə əlaqədar plan və layihəniz olsun.

 

Üçüncü qanun

Səhv adlı şey yoxdur, yalnız dərsdir. Tərəqqi, inkişaf və təkamül həyat imtahanlarının və sınaqların gedişatı əsasındadır. Sınaqlar, xatalar, bəzən qalibiyyətlər, bəzən isə arzulara çatmamaq və məğlubiyyətlər, eləcə də uğurlu təcrübələr nəticəsində baş verən prosess və gedişatlar tərəqqinin əsas sütunlarıdır.

 

Dördüncü qanun

Dərs o qədər təkrar edilir ki, hamı başa düşə bilsin. Dərslər müxtəlif şəkillərdə o qədər təkrar olunur ki, hamısını öyrənmək gec-tez hamıya mümkün olsun. Deməli, yaxşısı budur ki, dərsləri daha tez öyrənəsiniz.

 

Beşinci qanun

Öyrənməyin sonu yoxdur. Həyatın elə bir sahəsi yoxdur ki, onda sizin üçün dərslər olmamış ola. Nə qədər ki, sağsınız öyrəndiyiniz dərsləri həm də öyrədin.

 

Altıncı qanun

Hökm etməyin, qeybət etməyin, danlamayın, təhqir etməyin, abır aparmayın, yoxsa sizin öz başınıza da gələcək.

 

Yeddinci qanun

Başqaları sizin üçün güzgüdürlər. Ona görə də başqalarının xasiyyətlərinin yaxşı ya pis olması ilə bağlı vaxtınızı puç və tələf etməyin, əksinə bilin ki, güzgünün məqsədi sizin özünüzü islah etməyinizdir. Gördüyünüz pislikləri özünüzdən uzaqlaşdırın, gördüyünüz yaxşılıqları özünüzdə canlandırın.

 

Səkkizinci qanun

Necə yaşamaq sizin öz seçiminizdir. İstədiyiniz həyat tərzini yaşamaq üçün lazım olan hər şey sizin ixtiyarınızdadır. Onlardan necə istifadə edəcəyiniz sizdən asılıdır.

 

Doqquzuncu qanun

Həyatda hər şeyin cavabı sizin varlığınızdadır. Sizin edəcəyiniz yeganə şey vücudunuza baxmaq, vicdanınıza qulaq asmaq və özünüzə etimad etməkdir.

 

Onuncu qanun

Tanıdıqlarınıza və tanımadıqlarınıza yaxşılıq edin ki, həm tanıdıqlarınızdan həm də tanımadıqlarınızdan yaxşılıqlar görəsiniz.

baxılıb: 564 dəfə