Müəllim və Tələbə Əxlaqı

Tələbənin ona elm öyrədən müəllimin qarşısındakı vəzifələri

Müəllim və Ustadların elm öyrətdikləri tələbə və şagirdlərin boynunda bir sıra haqqları vardır. Bu mövzuda nəql edilmiş hədisləri araşdırdıqda aşağıdakı şərtlərə rast gəlmişik.

1- Tələbə öz müəllimi qarşısında təvazökar olmalıdır.
2- Müəlliminə və ustadına hörmət etməli, hər dəfə müəllimi ilə qarşılaşanda salam verməlidir.
3- Müəllimin qarşısında sükut etməli və müəllimin başa saldıqlarını öyrənməlidir.
4- Müəllimin yanına getməli və onun hüzurunda əyləşməlidir.
5- Elmdə başa düşmədiklərini izah etmək üçün müəllimdən kömək və yardım istəməlidir.
6- Müəllimdən öyrəndiyi mövzuları başqalarına öyrətməlidir.
7- Müəllimi ilə söhbət edərkən səsini ucaltmamalıdır.
8- Müəllim və ustaddan sual soruşmaq istədikdə icazə almalıdır.
9- Başqa tələbə müəllimə sual verərkən müəllimdən qabağa keçib suala cavab verməməlidir.
10- Müəllimin eyiblərini gizlətməli, onun gözəl xüsusiyyətlərini isə başalrına danışmalıdır.
11- Soruşmaq üçün münasib zaman seçməlidir. Müəllim çox yorğun olarkən müəllimi sual ilə yormamalıdır.
12- Sualı düşünərək verməli və sual soruşmaqda həddi aşmamalıdır.
13- Sualı qısa və konkret verməlidir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

خَیْرُ الْکَلَامِ مَا لَا یُمِلُّ وَ لَا یُقِلُّ

“Sözlərin ən yaxşısı yorucu olmayan və nöqsansız sözlərdir.”
Təsnifu ğurərul hikəm və durərul kiləm 2-ci cild 210-cu səhifə

14- Tələbə müəlliminə və ustadına sual verdikdə sualı gözəl va dəqiq versin.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

حُسْنُ السُّؤَالِ نِصْفُ الْعِلْمِ

“Sualı gözəl soruşmaq Elmin yarısıdır.”
Biharul ənvar 1-ci cild 224-cü səhifə

15- Tələbə sualı öyrənmək məqsədilə verməlidir, müəllimi çətinə və əziyyətə salmaq üçün yox.
Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə buyurur:

سَلْ تَفَقُّهاً وَ لَا تَسْأَلْ تَعَنُّتا

“Soruş! Amma başa düşmək üçün soruş. Çətinə və əziyyətə salmaq üçün yox.”

16- Tələbənin verdiyi sualı müəllim cavablandırarkən müəllimin verdiyi cavaba diqqətlə qulaq asmalıdır.
İmam Musa Kazım əleyhissalam buyurur:

إِذَا سَأَلْتَ عَنْ شَیْ ءٍ فَفَرِّغْ قَلْبَکَ لِتَفْهَم

“Hər hansı bir şey barədə sual soruşdunsa, cavabı başa düşmək üçün qəlbini hazır et.” (yəni bütün diqqətini cavaba yönləndir)
İləluş şərayi 2-ci cild 334-cü səhifə

17- Tələbə dərsdə müəllimə sual verilərkən növbəyə riayət etməlidir.
Hədislərin birində oxuyuruq:
“Peyğəmbərin (s) hüzurunda camaat o həzrətdən suallarını soruşurdular. Növbə Mədinəli bir nəfərə çatdı. Mədinəli şəxs sualını verərkən Səqif tayfasından olan bir nəfər içəri girdi və Mədinəli şəxsin sözünün üstündən sual verdi. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

یَا أَخَا ثَقِیفٍ إِنَّ الْأَنْصَارِیَّ قَدْ سَبَقَکَ بِالْمَسْأَلَةِ فَاجْلِسْ کَیْمَا نَبْدَأَ بِحَاجَةِ الْأَنْصَارِیِّ قَبْلَ حَاجَتِکَ

Ey Səqifli qardaş! Görürsən ki, bu Mədinəli qardaş səndən əvvəl soruşmağa başlayıb, azacıq səbr et, otur, sənin istəyindən əvvəl onun istəyini cavablandırım.”
Biharul ənvar 2-ci cild 64-cü səhifə
Minyətul murid 272-ci səhifə

18- Tələbə müəllimi ilə höcətləşməməlidir. Əgər elmi nəzəri olarsa gözəl və ədəbli şəkildə müəllim ilə diskusiya aparmalıdır.

İstifadə edilmiş ədəbiyyat:
1) əl-Kafi 1-ci cild 37-ci səhifə
2) Vəsailuş şiə 12-ci cild 214-215-ci səhifələr
3) Mustədrəkul vəsail 9-cu cild 520-ci səhifə
4) Biharul ənvar 2-ci cild 43-cü səhifə
5) Kənzul ummal 29363-cü hədis
6) Mizanul hikmət 11-ci cild Mucadilə babı
7) İmam Zeynul Abidin əleyhissalamın hüquq risaləsi

baxılıb: 1137 dəfə