Müəllim və Tələbə Əxlaqı

Yaxşı müəllimin xüsusiyyətləri

Yaxşı müəllim necə olmalıdır?! Bur barədə Qurani-kərim və hədislər nə deyirlər?!

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

1. Şagirdlərin önündə təvazökar olsun.
2. Tünd xasiyyət və bədəxlaq olmasın;
3. Mehriban və qayğıkeş olsun;
4. Mülayim və xoşrəftar olsun;
5. Tələbələr arasında ayrıseçkilik etməsın;
6. Öz elmini çox rahatlıqla şagirdlərinə ötürə bilsin və elm ehtikarçısı (gizlədicisi) olmasın;
7. Təlim etməyi (öyrətməyi) özünə borc bilərək öyrətməyi boynundan atmasın;
8. İnsani və İslami əxlaq və davranışa malik olsun. Şagirdlər onun timsalında insani keyfiyyətlərin və həmçinin ictimai əxlaqın nümunəsini görsünlər;
9. Qayğıkeşliklə dərs keçsin. Şagirdləri öz övladı və Allahın əmanəti bilsin. Onları savadlandırmağa çalışsın;
10. Əgər bilmədiyi bir sualı ondan soruşsalar desin ki, bilmirəm. Sonradan o sualın cavabını taparaq şagirdlərə desin və onları müəmmada qoymasın.
11. Onun əsl vəzifəsi olan mənəvi islahat və tərbiyəni unutmasın. Şagirdlərini Allaha itaət, ibadət və ilahi maariflə tanış etsin. Onları İslami qaydada tərbiyələndirsin ki, nəticədə təqvalı alimlərə çevrilsinlər və bu işin savabı ona da yetişsin. Qəbr evi onların duası ilə nurani olsun;
12. Başqalarının yanında şagirdlərin hörmətini saxlasın. Onların şəxsiyyətini ayaq altına atmasın;
13. Tənbeh və kötəyin yerinə onları təşviq, tərif və nəsihət etsin;
14. Dərsləri yaxşı mütaliə etsin. Uşaqların suallarını cavablandırsın;
15. Əgər bir şagird sual versə qaşqabaq etmədən və əsəbləşmədən onların sualını cavablandırsın. Bütün şagirdləri övlad bilsin;
16. Onların problemləri ilə tanış olub həlli yollarını axtararaq düzgün yol göstərsin;
17. Gözütox olub hərislikdən uzaq olsun;
18. Şagirdlərinə Allaha xatir elm öyrətsin və onlardan bir şey gizlətməsin.

baxılıb: 733 dəfə